...

Azərbaycanda turizm sahəsi üzrə doktorantlar hazırlanacaq

Cəmiyyət Materials 13 İyul 2011 12:58 (UTC +04:00)
Azərbaycan Turizm İnstitutu növbəti tədris ilində bakalavr, magistratura səviyyələri ilə yanaşı, doktoranturaya da qəbul aparacaq.
Azərbaycanda turizm sahəsi üzrə doktorantlar hazırlanacaq

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm İnstitutu növbəti tədris ilində bakalavr, magistratura səviyyələri ilə yanaşı, doktoranturaya da qəbul aparacaq. Bu barədə Trend-ə Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov məlumat verib.

Onun sözlərinə görə, ilkin mərhələdə doktoranturaya qəbul planının sayının az olacağı gözlənilir.

"Başlanğıc üçün doktoranturaya 3-4 nəfərin qəbulu nəzərdə tutulur. Çünki biz hələ təhsilin keyfiyyətini möhkəmləndirməklə bu işləri görmək, eyni zamanda, özümüzə kadr da hazırlamaq istəyirik", - Cəfərov bildirib.

O qeyd edib ki, ölkə prezidentinin tapşırığı ilə xidmət sahəsində fəaliyyət göstərən kadrların hazırlığını aparmaq üçün Azərbaycan Turizm İnstitutunun nəzdində yaradılan peşə məktəbinə yeni tədris ilindən şagird qəbulu aparıla bilər.

"Peşə məktəbinin işə başlaması üçün Nazirlər Kabinetinin qərarını gözləyirik. Güman edirəm ki, yeni tədris ilində bu məktəbin fəaliyyəti mümkün olar. Turizm peşə məktəbi Bakıda mövcud olan böyük peşə məktəbinin bazasında yaradılacaq. Bu məktəbin imkanları böyükdür, oraya 700-800 nəfər şagirdin qəbul olunması imkanı var. Bundan başqa, bu məktəbin regional mərkəzlərinin də yaradılması nəzərdə tutulur", - rektor deyib.

Xəbər lenti

Xəbər lenti