...

Azərbaycanda adlar və soyadlarla bağlı qanun qəbul oluna bilər - Komitə sədri

Cəmiyyət Materials 14 İyul 2011 13:01 (UTC +04:00)
Azərbaycanda soyadlarla bağlı qəbul olunacaq müddəalar bütün dünyadakı azərbaycanlılara şamil olunmalıdır.
Azərbaycanda adlar və soyadlarla bağlı qanun qəbul oluna bilər - Komitə sədri

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda soyadlarla bağlı qəbul olunacaq müddəalar bütün dünyadakı azərbaycanlılara şamil olunmalıdır.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin yaz sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

Cəfərov bildirib ki, soyad sonluqlarının dəyişdirilməsi əsasən mənəvi və insan hüququ məsələsidir.

Onun sözlərinə görə, soyad sonluğunu seçməkdə bir sıra hallarda məcburiyyət tədbiq etmək olmaz və onlar könüllü seçməlidirlər.

"Milli Məclisdə adlar və soyadlarla bağlı hansısa bir sənəd hazırlanmayıb və belə bir hazır sənəd olarsa, Azərbaycanda adlar və soyadlarla bağlı ayrıca qanun da qəbul oluna bilər", - Cəfərov deyib.

Komitə sədri qeyd edib ki, hazırda ölkədə 80 faiz insan "-ov", "-yev" soyad sonluqlarını daşıyır.

Xəbər lenti

Xəbər lenti