...

Ekologiya Nazirliyinin "Qaynar xətt"inə 511 müraciət daxil olub

Cəmiyyət Materials 15 İyul 2011 10:32 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlərlə bağlı nazirliyin əməkdaşları tərəfindən yerində araşdırma aparılaraq qanunamüvafiq tədbirlər görülüb.
Ekologiya Nazirliyinin "Qaynar xətt"inə  511 müraciət daxil olub

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə bu ilin birinci yarısında 511 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlərlə bağlı nazirliyin əməkdaşları tərəfindən yerində araşdırma aparılaraq qanunamüvafiq tədbirlər görülüb.

Müraciətlərdən 98-i ağacların kəsilməsi, ağacların 314-ü aşma təhlükəsinin olması, 25-i atmosfer havasının çirklənməsi, 33-ü məişət tullantılarının qalaqlanması, 18-I səs-küy səviyyəsinin normadan artıq olması, 9-u çirkab suların axıdılmas və digər məsələlərlə əlaqədar olub.

Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 58 şikayət üzrə fakt təsdiqlənib və qanunamüvafiq tədbirlər görülüb, 40 müraciət isə öz təsdiqini tapmayıb.

Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 314 müraciətdən 308-nə yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib, 6 müraciət əsassız hesab edilib.

Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, səs-küy, faunanın mühafizəsi, elektromaqnit şüalanma və palçıq vulkanlarının püskürməsi ilə əlaqədar daxil olmuş 99 müraciətdən 29-u ilə bağlı qanunamüvafiq tədbirlər görülüb. 70 müraciət nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb.

şikayətlərin əksəriyyəti nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən şikayətçilər araşdırmada iştirakdan imtina ediblər.
Araşdırma zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.

Xəbər lenti

Xəbər lenti