...

Azərbaycanda əcnəbi diplomatların uşaqları üçün müsabiqə keçiriləcək

Cəmiyyət Materials 19 İyul 2011 10:50 (UTC +04:00)
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında "Azərbaycan haqqında nə bilirəm" mövzusunda II Respublika müsabiqəsi keçiriləcək.
Azərbaycanda əcnəbi diplomatların uşaqları üçün müsabiqə keçiriləcək

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında "Azərbaycan haqqında nə bilirəm" mövzusunda II Respublika müsabiqəsi keçiriləcək. Trend-in məlumatına görə, bununla bağlı Azərbaycanın təhsil naziri Misir Mərdanov və xarici işlər naziri Elmar Məmmədyarov birgə qərar imzalayıblar.

Qərarda göstərilir ki, müsabiqə ölkəmiz, onun təhsili, mədəniyyəti, incəsənəti, musiqisi haqqında Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqlarında daha dolğun təsəvvür yaratmaq, onları ölkəmizin ictimai həyatında fəal iştiraka cəlb etmək məqsədilə təşkil olunur.

Müsabiqə "Azərbaycan haqqında nə bilirəm" mövzusunda inşa, şeir, rəsm, rəqs, mahnı, musiqi alətlərində ifa və müxtəlif əl işləri nominasiyaları üzrə keçiriləcək. Qaliblərə diplomlar, hədiyyələr və sertifikatlar Təhsil Nazirliyi tərəfindən veriləcək. Digər iştirakçılara təşkilatçılar tərəfindən Azərbaycanla bağlı xatirə hədiyyəsi (suvenir, CD, kitab və s.) təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti