...

Azərbaycanda nəqliyyat vasitələrinin sayı 1 milyonu ötüb

Cəmiyyət Materials 19 İyul 2011 16:19 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov 6 ayın yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib.
Azərbaycanda nəqliyyat vasitələrinin sayı 1 milyonu ötüb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda nəqliyyat vasitələrinin sayı 1 milyonu ötüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov 6 ayın yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib.

İdarə rəisi bildirib ki, təkcə bu ilin birinci yarısında fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizə 30 440 ədəd avtomobil gətirilib ki, bununla da respublikada nəqliyyat vasitələrinin ümumi sayı 1 milyon 13 minə çatıb.

Zeynalov avtomobil parkının sürətlə genişləndiyi müasir dövrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmini, insanların həyat və sağlamlığının avtomobillərin zərərli təsirlərindən müdafiəsinin daim diqqət mərkəzində olduğunu bildirib.

İdarə rəisi yol hərəkəti təhlükəsizliyinin təmini istiqamətində həyata keçirilmiş tədbirlərə baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayı nın və onların ağırlıq dərəcəsi nin ötən ilin müvafiq dövrünə nisbətən artdığından tə ə ssüflənib.

Əməliyyat müşavirəsində daxili işlər naziri Ramil Usubov da iştirak edib.

Nazir Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətinin ümumən müsbət olduğunu, eyni zamanda, hələ də bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edib, onların aradan qaldırılması yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib.

Usubov bildirib ki, Dövlət Yol Polisinin əməkdaşları yol hərəkəti qaydalarının pozucularına, eləcə də cinayətkarlığa qarşı daha qətiyyətli və barışmaz mübarizə aparmalı, eyni zamanda, ədalətli və yüksək nizam-intizamlı olmalıdırlar.

Xəbər lenti

Xəbər lenti