...

DAK-ın mətbuat xidməti həmsədrlərin vəzifədən kənarlaşdırılması ilə bağlı xəbəri təkzib edir

Cəmiyyət Materials 20 İyul 2011 13:02 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidməti DAK həmsədrlərinin vəzifədən kənarlaşdırılması ilə bağlı mətbuatda yayılan məlumatı təkzib edir.
DAK-ın mətbuat xidməti həmsədrlərin vəzifədən kənarlaşdırılması ilə bağlı xəbəri təkzib edir

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Hacıyev/

Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidməti DAK həmsədrlərinin vəzifədən kənarlaşdırılması ilə bağlı mətbuatda yayılan məlumatı təkzib edir.

"DAK İdarə Heyətinin həmsədrləri vəzifədən kənarlaşdırmaq səlahiyyəti var. Çünki İdarə Heyəti Qurultaydan sonra ikinci ali qurumdur. Nizamnaməyə əsasən, İdarə Heyətinin həmsədrləri vəzifədən kənarlaşdırması üçün İdarə Heyəti üzvlərinin üçdə iki sinin səsi olmalıdır", - çərşənbə günü Trend-ə DAK-ın mətbuat xidmətinin rəhbəri Real Cəfərli bildirib.

Onun sözlərinə görə, İdarə Heyətinin fevral ayında keçirilən tolpantısında Bəhruz HəqqiFərəməz Quluzadə idarə heyəti üzvlüyündən kənarlaşdırılıb.

"DAK İdarə Heyəti toplantısının keçirilməsi ilə bağlı yayılan xəbərdə deyilir ki, toplantıda 7 nəfər iştirak edib. Xəbərdə adı çəkilən şəxslərdən ikisi artıq İdarə Heyətinin üzvü deyil. Həmsədrlərin vəzifədən kənarlaşdırılması üçün isə azı 11 nəfər səs verməlidir. Buna görə də əgər belə bir toplantı keçirilsə də, həmin tolpantının həmsədrləri vəzifədən kənarlaşdırmaq səlahiyyəti olmayıb", - Cəfərli əlavə edib.

DAK sözçüsü onu da bildirib ki, belə bir toplantının keçirilməsi ilə bağlı yayılan xəbəri şübhəli sayır.

Azərbaycanın bəzi KİV-ləri DAK-ın İdarə Heyətinin növbədənkənar toplantısı barədə məlumat yayıb. Məlumatda deyilir ki, iyulun 19-da keçirilən toplantıda DAK həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniya və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə nizamnaməni davamlı olaraq pozmaqda günahlandırılıblar. Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK həmsədrliyindən azad olunublar. DAK-ın növbəti qurultayına qədər həmsədrlərin səlahiyyətləri İdarə Heyətinə həvalə edilib. Əjdər Tağızadə DAK Daimi Şurasının sədrliyindən çıxarılıb. Şuranın fəaliyyəti növbəti qurultaya qədər dayandırılıb.

Xəbər lenti

Xəbər lenti