...

Azərbaycan avarçəkənlərinin dünya çempionatında ilk rəqibləri müəyyənləşdi

Cəmiyyət Materials 20 İyul 2011 19:28 (UTC +04:00)
Niderlandın paytaxtı Amsterdamda 23 yaşadək akademik avarçəkənlər arasında keçirilən dünya çempionatının püşkü atılıb.
Azərbaycan avarçəkənlərinin dünya çempionatında ilk rəqibləri müəyyənləşdi

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Niderlandın paytaxtı Amsterdamda 23 yaşadək akademik avarçəkənlər arasında keçirilən dünya çempionatının püşkü atılıb. Püşk nəticəsində Azərbaycan milli komandasının üzvlərinin də ilk rəqibləri müəyyənləşib. 5 avarçəkənimizin hamısı mübarizəyə iyulun 21-də başlayacaq.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə verilən məlumata görə, Bakı vaxtı ilə saat 14:24-də Kamal Məmmədov 1 nəfərlik yüngül çəkili qayıqla (BLM1X) start xəttinə çıxacaq. Onun rəqibləri İtaliya, Filippin və Yunanıstan təmsilçiləri olacaq. Seçmə mərhələdə ilk 3 yeri tutanlar ¼ finala yüksələcəklər.

Saat 14:48-də 2 nəfərlik sükansız qayıqla (BM2-) yürüşlərə Aleksandr Qlotov - Fuad Mirzəyev cütlüyü qoşulacaq. Onların rəqibləri Xorvatiya, Polşa, ABŞ, Litva və Rusiya avarçəkənləri olacaq. 1-ci yerin sahibi birbaşa yarımfinala, sonrakı pillələri tutanlar isə təsəlliverici yürüşə vəsiqə qazanacaqlar.

Saat 19:00-da Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (BM1X) yürüşlərə qatılacaq. Onun rəqibləri Macarıstan, İsrail və İsveç təmsilçiləri olacaq. İlk 3 yeri tutanlar ¼ finala çıxacaqlar.

Nəhayət, saat 19:06-da yeganə qadın təmsilçimiz İskra Angelova 1 nəfərlik qayıqla (BW1X) yürüşlərə başlayacaq. Ona Ukrayna, Danimarka, İrlandiya, Litva və Niderlanddan olan avarçəkənlər rəqib olacaqlar. İlk 2 pillənin sahibləri yarımfinala, sonrakı yerləri tutanlar isə təsəlliverici yürüşlərə qatılacaqlar.

Dünya çempionatına iyulun 24-də yekun vurulacaq.

23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı ötən il Niderlandın paytaxtı Amsterdamda təşkil olunub. Həmin yarışda Aleksandr Aleksandrov gümüş medal qazanıb.

Xəbər lenti

Xəbər lenti