...

Azərbaycanda orta tibb işçiləri və regionlarda işləyən həkimlər də sertifikasiyadan keçəcəklər

Cəmiyyət Materials 25 İyul 2011 11:07 (UTC +04:00)
Azərbaycanın tibb müəssisələrində işləyən orta tibb işçiləri və regionlardakı tibb müəssisələrində çalışan həkimlər də sertifikasiyadan keçəcəklər. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Azərbaycanda orta tibb işçiləri və regionlarda işləyən həkimlər də sertifikasiyadan keçəcəklər

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın tibb müəssisələrində işləyən orta tibb işçiləri və regionlardakı tibb müəssisələrində çalışan həkimlər də sertifikasiyadan keçəcəklər. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, həkimlərin sertifikasiyası hələlik yalnız Bakı şəhəri üzrə həyata keçirilir. SN hazırda regionlardakı həkimlərlə yanaşı, orta tibb işçilərinin də sertifikasiyasına başlamaq üçün hazırlıq işləri görülür.

Orta tibb işçilərinin sertifikatlaşdırılmasına hazırlıq məqsədi ilə aprelin 8-dən artıq sınaq test imtahanlarının keçirilməsinə başlanılıb.

İndiyədək 1559 həkim sertifikasiyadan keçib. Onların 61 faizi 90 baldan yuxarı nəticə göstərib. İmtahanlarda iştirak edən həkimlərdən 90 nəfər isə sertifikasiyadan keçə bilməyib.

Azərbaycanda həkimlərin sertifikasiyasına bu ilin yanvarından başlanılıb. Sertifikasiya iki mərhələli keçirilir. İlk mərhələdə həkimlər imtahan verirlər. I mərhələdən keçən həkimlər isə müsahibədən keçirlər. Müsahibə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılır.

Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçənlər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

Xəbər lenti

Xəbər lenti