...

Yol Polisi İdarəsi maarifləndirmə işini gücləndirir

Cəmiyyət Materials 26 İyul 2011 14:16 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsi Sukan.az portalı ilə əməkdaşlığa başlayıb.
Yol Polisi İdarəsi maarifləndirmə işini gücləndirir

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Respublika Baş Dövlət Yol Polisi İdarəsi Sukan.az portalı ilə əməkdaşlığa başlayıb.

Trend-in məlumatına görə, "Yol mədəniyyətinin yüksəldilməsində korrupsiyaya qarşı mübarizə" layihəsi üzrə həyata keçiriləcək əməkdaşlıq çərçivəsində İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev yol-hərəkət qaydaları ilə bağlı sualları cavablandıracaq.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov saytın administratoru Kamal Cəfərova ünvanladığı məktubda portalda yol hərəkəti iştirakçılarına küçə və yollarda davranış qaydlarının aşılanması, onların təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirilməsi, xüsusi ilə sürücülüyə namizəd şəxslərə yol-hərəkəti qaydalarının, yol hərəkəti sahəsindəki qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin öyrədilməsi, eləcə də hərəkətin təhlükəsizliyinin təbliği sahəsində gördüyü işləri təqdirəlayiq hesab edib.

Zeynalov məktubda Sukan.az portalının təşkilatçıları ilə əməkdaşlıq etmək və saytın təşkilati məsələlərinə dəstək göstərilməsi üçün İdarənin Hərəkətin Təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinə müvafiq tağşırıqlar verildiyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti