...

Azərbaycanda Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

Cəmiyyət Materials 28 İyul 2011 17:22 (UTC +04:00)
Sentyabrın 26-30-da Azərbaycanda II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Azərbaycanda Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 26-30-da Azərbaycanda II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunur.

Sərgi-yarmarkada 2008-2011-ci illərdə buraxılmış nəşrlər nümayiş ediləcək. Eyni zamanda, nəşrlərin satılması, iştirakçı xarici dövlətlərin nəşriyyatları, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı yaradılacaq.

Xəbər lenti

Xəbər lenti