...

Azərbaycanda cəzaçəkmə müəssisələrində müasir tipli kondisionerlər quraşdırılacaq

Cəmiyyət Materials 29 İyul 2011 11:53 (UTC +04:00)
Azərbaycanda cəzaçəkmə müəssisələrində müasir tipli kondisionerlərin quraşdırılması nəzərdə tutulur.
Azərbaycanda cəzaçəkmə müəssisələrində müasir tipli kondisionerlər quraşdırılacaq

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəzaçəkmə müəssisələrində müasir tipli kondisionerlərin quraşdırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.

"Bu məsələlərə baxılacaq və cəzaçəkmə müəssisələrinə ən müasir tipli kondisionerlər qoyulacaq. Biz istəyirik ki, bizim məhkumların otaqları ofis kimi olsun, onlar "Skype"da danışa bilsinlər, internetə çıxış imkanları, otaqlarında bir neçə telefonları olsun və cəmiyyətlə, xarici aləmlə əlaqələri sıx olsun. Lakin bütün bunlar qanunvericilik çərçivəsində olmalıdır", - Quliyev bildirib.

Xəbər lenti

Xəbər lenti