...

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə azərbaycanlı gənclərin qəbulu üçün müsabiqə elan edilib

Cəmiyyət Materials 29 İyul 2011 16:25 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə azərbaycanlı gənclərin qəbulu üçün müsabiqə elan edilib.
Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə azərbaycanlı gənclərin qəbulu üçün müsabiqə elan edilib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İsabalayeva/

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə azərbaycanlı gənclərin qəbulu üçün müsabiqə elan edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, müsabiqədə cari ildə Azərbaycan və rus bölmələri üzrə I, II, III və IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 350 və daha yüksək bal toplamış Azərbaycan vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər.

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbində Azərbaycan gənclərinin təhsil alması üçün keçirilən müsabiqədə iştirak etmək istəyən şəxslər iyulun 29-dan avqustun 1-dək TQDK-nın internet saytında (www.tqdk.gov.az) müvafiq səhifəyə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

II mərhələdə qəbul elanında qeyd olunmuş boy, çəki normalarına və digər şərtlərə uyğun gələn namizədlər arasında seçim aparılacaq.

Müsabiqənin yekunlarına əsasən 5 nəfər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq həmin ölkədə 1 il təkmilləşdirmə kursuna cəlb olunacaqlar.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin olunacaqlar.

Bu təhsil müəssisəsinə qəbul olunmayanlar Azərbaycan Respublikasının mülki ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti