...

Aztəminatlı ailələrin uşaqları yay istirahətinə göndərilib

Cəmiyyət Materials 1 Avqust 2011 13:57 (UTC +04:00)
Səbail rayon İcra Hakimiyyəti aztəminatlı ailələrin uşaqlarını Qubaya yay istirahətinə göndərib.
Aztəminatlı ailələrin uşaqları yay istirahətinə göndərilib

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir T.Hacıyev/

Səbail rayon İcra Hakimiyyəti aztəminatlı ailələrin uşaqlarını Qubaya yay istirahətinə göndərib. Səbail rayon İH-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təbdir yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili istiqamətində hazırlanmış tədbirlər çərçivəsində həyata keçirilib. Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən layihəyə Quba rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı da dəstək göstərib.

Yay istirahətinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan ümumilikdə 200 nəfər yeniyetmə göndərilib.

Xəbər lenti

Xəbər lenti