...

PFL prezidenti: Azərbaycanda futbol hakimlərinin qərəzli olmaması üçün əlavə tədbirlər görüləcək

Cəmiyyət Materials 2 Avqust 2011 12:16 (UTC +04:00)
Azərbaycanın Peşəkar Futbol Liqasının prezidenti bildirib ki, növbəti futbol çempionatında hakimlərin oyunları qərəzli idarə etməməsi üçün əlavə tədbirlər görüləcək.
PFL prezidenti: Azərbaycanda futbol hakimlərinin qərəzli olmaması üçün əlavə tədbirlər görüləcək

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Peşəkar Futbol Liqasının prezidenti bildirib ki, növbəti futbol çempionatında hakimlərin oyunları qərəzli idarə etməməsi üçün əlavə tədbirlər görüləcək.

"Yeni mövsümdə hakimlərin qərəzli oyun idarə etməməsi üçün əlavə sərt tədbirlər görüləcək", - çərşənbə axşamı Trend-ə PFL prezidenti Ramin Musayev deyib.

Avqustun 6-7-də Unibank Premyer Liqasında 2011/12 mövsümü start götürəcək.

Musayevin sözlərinə görə, çempionatın hakimin səhvi olmadan keçməsi mümkünsüzdür.

"Bu mövsümdə də hakim səhvi ola bilər. Dünya və Avropa çempionatlarında bu səhvləri görürük. Əsas odur ki, hakimin qərəzi olmasın", - Musayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti