...

Nuşirəvan Səfərov: Bakıda yol-nəqliyyat hadisələrinin yarısı piyadaların vurulması ilə bağlıdır

Cəmiyyət Materials 2 Avqust 2011 12:29 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi bildirib ki, şəhərdə yol-nəqliyyat hadisələrinin yarısı piyadaların vurulması ilə bağlıdır.
Nuşirəvan Səfərov: Bakıda yol-nəqliyyat hadisələrinin yarısı piyadaların vurulması ilə bağlıdır

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir T.Hacıyev/

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi bildirib ki, şəhərdə yol-nəqliyyat hadisələrinin yarısı piyadaların vurulması ilə bağlıdır.

"Bakı yol polisi yol-nəqliyyat qanunvericiliyini pozanlara və avtoxuliqanlara qarşı ictimai qınaq tədbirlərini davam etdirəcək", - Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov bildirib.

Onun sözlərinə görə, piyadaların vurulması ilə nəticələnən hadisələr yeraltı və yerüstü piyada keçidlərindən istifadə olunmaması səbəbindən baş verir.

Qanunvericiliyə riayət etməyənlərə qarşı inzibati tədbirlərin həyata keçirildiyini deyən idarə rəisinin sözlərinə görə, avtoxuliqanlara qarşı sərt cəzalar, hətta həbs, sürücülük hüququndan məhrumetmə cəzaları tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti