...

Azərbaycan turistləri Acarıstana səfər edən əcnəbilər arasında üçüncü yeri tutur

Cəmiyyət Materials 2 Avqust 2011 16:26 (UTC +04:00)
İyulda 3 203 Azərbaycan vətəndaşı turizm məqsədilə Acarıstana səfər edib.
Azərbaycan turistləri Acarıstana səfər edən əcnəbilər arasında üçüncü yeri tutur

Gürcüstan, Tbilisi, 2 avqust /Trend, müxbir N.Kirsxaliya/

İyulda 3 203 Azərbaycan vətəndaşı turizm məqsədilə Acarıstana səfər edib. Azərbaycanlılar Muxtar Respublikaya səfər edən xarici turistlər arasında üçüncü yeri tuturlar. Bu barədə Trend-ə Acarıstanın Turizm Departamentindən deyiblər.

Statistikaya əsasən, iyulda Acarıstana hamıdan çox Türkiyə vətəndaşları - cəmi 13 271 turist səfər edib. İrandan 4 012 turist gəlib. Azərbaycan 3 203 turistlə üçüncü yeri tutur. İyulda xarici səyyahların ümumi sayı 130 483 nəfər təşkil edib. Bu, ötənilki göstəricini 74,7 faiz üstələyir.

2011-ci ilin iyulunda Acarıstana cəmi 371 576 nəfər gəlib. Bu, ötən ilin analoji dövr göstəricisini 56,5 faiz üstələyir, 2009-cu ilin iyul ayı ilə müqayisədə isə bu göstərici 392,2 faiz artıb.

Muxtar Respublikanın Turizm Departamentinin məlumatına görə, 2010-cu ilin iyulunda Acarıstanda 237 457, 2009-cu ilin iyulunda isə 94 752 səyyah olub.

Xəbər lenti

Xəbər lenti