...

Bu gecədən Azərbaycan ərazisində hava sərinləşəcək

Cəmiyyət Materials 3 Avqust 2011 11:29 (UTC +04:00)
Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 3-dən 4-nə keçən gecədən başlayaraq, ölkə ərazisində hava şəraiti dəyişəcək.
Bu gecədən Azərbaycan ərazisində hava sərinləşəcək

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 3-dən 4-nə keçən gecədən başlayaraq, ölkə ərazisində hava şəraiti dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, şimal-qərb küləyinin arabir güclənəcəyi, şimşək çaxacağı, havanın temperaturunun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında avqustun 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 28-33, bəzi yerlərdə 35, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 18-23, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti