...

Azərbaycan ali məktəblərinin vakant yerlərinə əlavə yerləşdirmə üçün sənəd qəbulunun vaxtı açıqlanıb

Cəmiyyət Materials 4 Avqust 2011 13:54 (UTC +04:00)
2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə əlavə yerləşdirmə üçün sənəd qəbulunun tarixləri müəyyənləşdirilib.
Azərbaycan ali məktəblərinin vakant yerlərinə əlavə yerləşdirmə üçün sənəd qəbulunun vaxtı açıqlanıb

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə əlavə yerləşdirmə üçün sənəd qəbulunun tarixi müəyyənləşdirilib. Bu barədə çümə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, sənəd qəbulu avqustun 5-dən başlayacaq və avqustun 9-dək davam edəcək.

Vakant yerlərə əlavə yerləşdirmə elanı, müsabiqə şərtləri və boş qalan yerlərin sayı "Abituriyent" jurnalının sabah işıq üzü görəcək 7-ci sayında açıqlanacaq.

Azərbaycanın ali təhsil məktəblərinə tələbə qəbulu üçün aparılmış müsabiqənin nəticələri avqustun 3-də açıqlanıb.

Cari ildə ayrılmış 31419 plan yerinə 29332 abituriyent qəbul olub. Qəbul planı 93,36 faiz dolub. "Abituriyent" jurnalının 6-cı sayında müsabiqə nəticəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da təqdim olunub.

Xəbər lenti

Xəbər lenti