...

TQDK II ixtisas qrupu üzrə boş qalan yerlərlə bağlı qərar qəbul edib

Cəmiyyət Materials 5 Avqust 2011 12:14 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərdə II ixtisas qrupu üzrə boş qalan yerlərlə bağlı qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.
TQDK II ixtisas qrupu üzrə boş qalan yerlərlə bağlı qərar qəbul edib

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərdə II ixtisas qrupu üzrə boş qalan yerlərlə bağlı qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, II qrupda rus bölməsi üzrə 294, Azərbaycan bölməsi üzrə isə 89 boş yer qalıb. Birgə müsabiqə üzrə boş qalan yerlərin sayı 280-dir. Ümumilikdə II qrup üzrə 663 vakant yer var.

Abbaszadə qeyd edib ki, II ixtisas qrupunda Azərbaycan bölməsi üzrə müsabiqəyə buraxılanlardan 1119 abituriyent ali məktəbə qəbul ola bilməyib.

"Ona görə də həmin abituriyentlərin ali məktəbə qəbul olmaq şansını artırmaq üçün boş qalmış 663 yerin birgə müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul edilib", - TQDK sədri söyləyib.

Xəbər lenti

Xəbər lenti