...

2 aprel aksiyasının iştirakçılarının cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib

Cəmiyyət Materials 5 Avqust 2011 19:17 (UTC +04:00)
2 aprel aksiyasının iştirakçılarının cinayət işi üzrə məhkəmə baxışında şahidlər dindirilib.
2 aprel aksiyasının iştirakçılarının cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib

Azərbaycan, Bakı, 5 avqust /Trend/

2 aprel aksiyasının iştirakçılarının cinayət işi üzrə məhkəmə baxışında şahidlər dindirilib.

İsrəfilov Elnur Arif oğlu, Alışlı Arif Hacbala oğlu, Eyvazov Zülfüqar Xeyrulla oğlu və Kərimov Sahib Fərman oğlunun Cinayət Məcəlləsinin 233 və 186.1-ci maddələri ilə, Həsənov Babək Qəzənfər oğlu və Həsənov Elşən Abduləziz oğlunun CM-nin 233-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı avqustun 5-də Səbail rayon məhkəməsində davam etdirilib.

Trend-in məlumatına görə, şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Çevik Polis alayının 6-cı Patrul bölüyünün polis nəfəri İsmayılov Zöhrab Cahangir oğlu ifadəsində göstərib ki, 2 aprel 2011-ci il tarixdə saat 14:00-da Bakı şəhəri "Fəvvarələr" meydanında bir qrup şəxs tərəfindən qanunsuz aksiya keçiriləcəyi bildirilərək həmin ərazidə ictimai qaydanın pozulmasının qarşısının alınması üçün xidmət etmələri barədə göstəriş verilib. O, 2 aprel 2011-ci il tarixdə bölüyün polis nəfərləri Məmmədov İlqar Vaqif oğlu, Gözəlov Rəşid Aydın oğlu, Rüstəmov İlqar Kərim oğlu, İsmayılov Məmməd Piriş oğlu, Quliyev Ələddin Əbülfəz oğlu və manqanın digər əməkdaşları ilə birlikdə təxminən saat 12:00 radələrində "Fiat Doblo" markalı Az 90-AD-117 dövlət qeydiyyat nişanlı avtomaşınla təhkim olunduqları yerə, yəni Nəsimi heykəlinin ətrafına gəliblər. Təxminən saat 14:00 radələrində "Fəvvarələr" meydanı istiqmətində, əsasən yaxınlıqda olan Səməd Vurğun adına Rus Dram Teatrının yaxınlığında bir qrup şəxsin şüarlar qışqırdıqlarını görüb polis əməkdaşları ilə birlikdə ictimai qaydanı pozmağa cəhd edən şəxslərin qarşısını almaq üçün həmin əraziyə gedib. Bu şəxslərin hərəkətləri nəticəsində küçələrdə vətəndaşlar qorxu içərisində qaçıb, qadınlar, ətrafdakı yaşayış binalarının sakinləri evlərinin eyvanına çıxaraq aksiya iştirakçılarının hərəkətləri ilə bağlı öz narazılıqlarını bildiriblər. "Malakan" bağının yanına gəldikdə bir qrup şəxsin toplaşaraq ucadan "azadlıq", "istefa" şüarları səsləndirərək qrup halında küçə və parklarla hərəkət etmək istədiklərini görüb onlardan qanunsuz hərəkətlərini dayandırmağı tələb etsələr də, onlar polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib, ucadan qışqıraraq ətrafda istirahət edən vətəndaşların narahatçılığına səbəb olub, avtomaşınların normal hərəkətinə maneçilik törədiblər.

Z.C.İsmayılov daha sonra ifadəsində göstərib ki, həmin icazəsiz aksiya zamanı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydaları kobud surətdə pozan, fəallığı ilə seçilən bir neçə aksiya iştirakçılarını saxlayıb, yaxınlıqda olan yaşıl rəngli avtobusa yerləşdirilib. Avtobus "Malakan" bağının yanından ərəkətə başlayıb Üzeyir Hacıbəyov küçəsinə, oradan isə Səməd Vurğun küçəsinə dönərkən mitinq iştirakçıları avtomaşınların hərəkət yoluna çıxaraq onların normal hərəkətinə maneçilik törədiblər. Üzeyir Hacıbəyov və Səməd Vurğun küçələrinin kəsişməsində mitinq iştirakçıları avtobusu dövrəyə alaraq avtobusda saxlanılanların buraxılmasını tələb edib, əl və ayaqları ilə avtobusun qapılarını vurublar. Avtobus bir neçə dəfə hərəkət edib, aksiya iştirakçılarının yolu bağladıqlarına görə dayanmağa məcbur olub, köməyə gələn polis əməkdaşları yaxınlaşdıqdan sonra aksiya iştirakçıları qaçıb ətraf küçələrə dağılıblar. Aksiya iştirakçıları həmin avtobusu əlləri və ayaqları ilə vuraraq ön və arxa, qapı şüşələrini sındırıb. Zülfüqar Eyvazov yumruqları ilə avtobusun yan şüşələrinə zərbələr vuraraq orada oturmuş qanun pozucularını çıxıb qaçmağa çağırıb, eyni zamanda, onların azad edilməsi üçün ətrafda olan mitinq iştirakçılarından kömək istəyib.

Şahid qismində dindirilmiş DİN-in Çevik Polis Alayının 6-cı bölüyünün polis nəfəri, polis baş serjantı Rüstəmov İlqar Kərim oğlu İsmayılov Zöhrab Cahangir oğlunun ifadəsini təsdiq edərək mahiyyəti üzrə eyni məzmunda ifadə verib.

Şahid qismində dindirilmiş DİN-in Çevik Polis Alayının 6-cı Patrul bölüyünün polis nəfəri, polis baş serjantı Əliyev Nəsimi Nəsrəddin oğlu ifadəsində göstərib ki, "İctimai Palata"ya daxil olan bir qrup partiya üzvləri tərəfindən Bakı şəhərinin mərkəzi küçələrində şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirilməsinin qarşısının alınması, ictimai qaydanın qorunması üçün həyata keçirilən tədbirə cəlb olunub, polis nəfəri kimi vəzifəsi razılaşdırılmamış həmin aksiyanın qarşısının alınması, ictimai qaydaların qorunması və ictimai təhlükəsizliyin təmin olunmasından ibarət olub. 2 aprel 2011-ci il tarixdə saat 14:00 radələrində onlar "Xaqani" ticarət mərkəzinin qarşısında xidmət aparan polis əməkdaşlarına köməyə göndərilib. Xidmət apararkən aksiya iştirakçıları arasında fəallığı ilə fərqlənən hündür boylu, bığı olan şəxsin xidməti avtomaşına mindirildiyini görüb polis əməkdaşlarından onun şəxsiyyəti ilə maraqlandıqda həmin şəxsin Saatlı rayonundan olub adının Babək olduğunu bilib. Saat 14:30-da "Malakan" bağının yanında xidməti davam etdirərkən bir qrup şəxsin toplaşaraq ucadan şüarlar səsləndirdiklərini, qrup halında küçə və parklarla hərəkət etmək istədiklərini görüb həmin əraziyə gələnədək polis əməkdaşları mitinq iştirakçılarının bir neçəsini saxlayıb yaxınlıqda dayanmış yaşıl rəngli, xarici markalı avtobusa yerləşdiriblər. Digər polis əməkdaşları ilə birlikdə həmin avtobusa daxil olub arxa sıralarda dayanıb və avtobus hərəkətə gələrək Mərdanov qardaşları küçəsindən Üzeyir Hacıbəyov küçəsinə, oradan isə Səməd Vurğun küçəsinə dönüb bulvar istiqamətində hərəkət etmək istəyərkən avtobusun arxası və yanları ilə gələn aksiya iştirakçıları onun qarşısını kəsib müşayiət etdikləri şəxslərin buraxılmasını tələb edərək əl və ayaqları ilə arxa və ön qapılarına zərbələr vurduqda avtobusun salonundakı aksiya iştirakçıları da yan pəncərələri açaraq ucadan qışqırıb ayaqları ilə döşəməyə, əlləri ilə pəncərələrə vurublar. Onlar avtobusdakı aksiya iştirkçılarından sakitləşib yerlərində oturmağı tələb etdikdə onlar hərəkətlərini davam etdirib polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər işlədərək avtobusun hərəkətinə maneçilik törədib və həmin anda avtobusun ətrafında toplaşan bir qrup şəxs avtobusun arxa qapısını əlləri ilə qəflətən açıb salondakılardan təxminən 2-3 nəfərin düşüb qaçmalarına kömək edib. O, dərhal ayağı ilə arxa qapını tutub saxlayaraq, avtobusdakı qalan aksiya iştirakçılarının düşüb qaçmalarının qarşısını alıb. Həmin vaxt bayırda olan aksiya iştirakçıları ayaqları ilə vurub avtobusun ön qapısının şüşələrini sındırıblar.

Şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Çevik Polis Alayının 6-cı Patrul bölüyünün polis nəfəri, polis baş serjantı Abdullayev Gürşad Hidayət oğlu ifadəsində göstərib ki, o , 2 aprel 2011-ci il tarixdə Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları ilə birlikdə bir qrup şəxslər tərəfindən Bakı şəhərinin mərkəzi küçələrində şəhər İcra hakimiyyəti ilə razılaşdırılmamış keçirilməsi nəzərdə tutulan aksiyanın qarşısının alınması, ictimai qaydanın qorunması üçün həyata keçirilən tədbirlərə cəlb olunub. Həmin gün saat 14 :00 radələrində təxminən 80-110 nəfər şəxsin ucadan şüarlar səsləndirə - səsləndirə Nizami küçəsi ilə Səməd Vurğun küçəsi istiqamətində hərəkət etdiklərini görüb, digər polis əəməkdaşları ilə birlikdə aksiya iştirakçılarına müraciət edərək ictimai qaydanı pozmamağı tələb ediblər . Aksiya iştirakçıları polis əməkdaşlarının tələblərinə məhəl qoymayıb hərəkətlərini davam etdirərək "Fəvvarələr" meydanına daxil olmağa cəhd göstəriblər . Gürşad Abdullayev daha sonra qanunsuz keçirilən aksiya iştirakçılarının arasında Babək Həsənovun fəallığı ilə fərqləndiyini , parkda istirahət edən insanların vahimə içərisində olduqlarını , ticarət obyektlərində işləyən şəxslərin məcburiyyət qarşısında həmin obyektləri bağladıqlarını , nəqliyyat vasitələrinin normal hərəkət fəaliyyətinin pozulduğunu göstərib .

Şahid qismində dindirilmiş DİN - nin Çevik Polis Alayının 6- ci Patrul bölüyünün polis nəfəri , polis baş serjantı Hüseynov Adil Gəray oğlu , polis baş serjantı Allahverdiyev İbadət Məmmədxan oğlu və polis kiçik serjantı Səmədov Cavad İlham oğlu şahid Gürşad Abdullayevin ifadəsinə uyğun məzmunda ifadə veriblər .

Şahid qismində dindirilmiş Nizami rayon Polis İdarəsinin 5- ci Post - Patrul Xidməti bölüyünün 2- ci manqa komandiri Həsənov Sərvər Fehruz oğlu ifadəsində göstərib ki , 2 aprel 2011- ci il tarixdə saat 11 :00 - da avtobusla Mərkəzi Univermağın arxasına gələrək digər polis əməkdaşı ilə birlikdə xidmətə başlayıb , saat 14 :00 radələrində "Fəvvarələr" bağında olarkən təxminən 250-300 nəfər şəxsin ucadan şüarlar səsləndirərək onlara tərəf gəldiyini görüb onları nizam - intizama dəvət edib , hərəkətləri ilə ətrafda yaşayanların , istirahət edənlərin rahatlığını pozduqlarını bildirib dağlışmalarını tələb edib . Aksiya iştirakçıları isə polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, ictimai asayışın pozulması istiqamətində hərəkətlərini davam etdiriblər . Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bir qrup aksiya iştirakçıları müxtəlif məzmunlu şüarlarla qışqıraraq ətrafda olan şəxsləri polislərdən qorxmamağa və meydandan çıxmamağa , polislərə müqavimət göstərməyə səsləyiblər . Aksiya iştirakçıları arasında öz fəallığı ilə seçilən və kütləni idarə etməyə çalışan həmin şəxslərdən Elşən Həsənov ictimai qaydaları kobud surətdə pozub , dəfələrlə ona xəbərdarlıq olunmasına baxmayaraq, polis əməkdaşlarının tələblərinə məhəl qoymayıb , digər şəxsləri də meydandan çıxmamağa çağırıb . Elşən Həsənov saxlanılaraq Səbail rayon Polis İdarəsinə gətirilmişdir .

Şahid qismində dindirilmiş Çevik POLIS alayının 5- ci Patrul bölüyünün polis nəfəri , polis serjantı Hümbətov Rəfail Möhübbət oğlu şahid Sərvər Həsənovun ifadəsinə oxşar məzmunda ifadə verib.

Şahid Nəcəfov Arzu Umbay oğlu ifadəsində göstərib ki , 2007- ci ildən " Transqeyt" MMC - nin 14 saylı marşrutunda avtodəstə rəisi vəzifəsində işləyir . 02 aprel 2011- ci il tarixdə saat təxminən 13 :00 radələrində avtobus sürücüləri onun mobil telefonuna zəng edib bir qrup şəxslərin avtobusların hərəkət etdikləri yola çıxıb aksiya keçirmələri nəticəsində avtobusların bir neçəsinin təxminən 30 dəqiqədən çox bir vaxt ərzində şəhərin 28 May küçəsində tıxacda qaldıqlarını , onlardan asılı olmayan səbəbdən mənzil başına çatmayan sərnişinlərin narazılıq edib gedişhaqqını ödəmədən avtobusdan düşüb getdiklərini bildiriblər .

Şahid Ağaliyev Eldəniz Asob oğlu ifadəsində göstərib ki , " 3 saylı Avtonəqliyyat Müəssisəsi" MMC - də 346 saylı marşrut xətti üzrə "Daevoo" markalı , Az 10- TF -292 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda sürücü işləyir . 2 aprel 2011- ci il tarixdə saat 14 :00 radələrində aksiya keçirilən yerdə nəqliyyatın hərəkəti tamamilə iflic olub , avtobus tıxaca düşdüyünə görə sərnişinlər pulu vermədən düşüb gedib , həmin günün sonunda üzərinə düşən 95 manat plandan heç nə kassaya keçirə bilməyib , yığdığı pula ancaq avtobusa yanacaq alıb .

Üzeyir Hacıbəyov küçəsindəki 18 saylı binanın blokunda fərdi qaydada gül satmaqla məşğul olan Səfərov Famil Çingiz oğlu , Xaqani küçəsi , 12 saylı binanın qarşısında "Rus" Dram Teatrının yanında limon satmaqla məşğul olan Məmmədov Məlik Seyidağa oğlu şahid qismində verdikləri ifadələrində göstəriblər ki , 2 aprel 2011- ci il il tarixdə saat 14 :00 radələrində polis əməkdaşları bir yerə toplaşmış şəxslərin qarşısını kəsərək onlara keçirdikləri aksiyanın icazəsiz və qanunsuz olduğunu bildirib, onlara dağılışmağı xəbərdarlıq ediblər . Aksiya iştirakçıları polis əməkdaşlarının bu xəbərdarlıqlarına məhəl qoymayaraq "Fəvvarələr" meydanına keçmək istəyiblər .

Cinayət işinin məhkəmə baxışı 10 avqust 2011-ci il tarixə saat 1 0 : 0 0-a təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti