...

Ombudsmanın MPM Qrupunun üzvləri müvəqqəti saxlanma təcridxanalarına baş çəkiblər

Cəmiyyət Materials 8 Avqust 2011 19:43 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) Qrupunun üzvləri DİN-in Göyçay, Ağsu, Şamaxı və Qobustan rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına (MST) başçəkmə həyata keçiriblər. Bu barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib
Ombudsmanın MPM Qrupunun üzvləri müvəqqəti saxlanma təcridxanalarına baş çəkiblər

Azərbaycan, Bakı, 8 vauqst /Trend/

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) Qrupunun üzvləri DİN-in Göyçay, Ağsu, Şamaxı və Qobustan rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına (MST) başçəkmə həyata keçiriblər. Bu barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmədə məqsəd saxlanılan şəxslərlə rəftar, saxlanma şəraitinin tələblərə cavab verməsi və sənədləşmənin yoxlanmasından ibarət olub.

Göyçay RPŞ-nin MST-də saxlanılan 6 nəfər təqsirləndirilən şəxslər təkbətək söhbət zamanı MST əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər.

MPM Qrupu tərəfindən Göyçay RPŞ-nin MST-də aparılan araşdırma zamanı orada tibbi yardım və ibadət otağının olmadığı, hamamda təmizliyə riayət edilmədiyi, kameralarda çarpayıların sayına uyğun oturacaq stullarının olmadığı, ventilyasiya sistemi olmadığından havanın isti olduğu müəyyən edilib.

Araşdırma zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə MST rəhbərliyinə tövsiyələr verilib.

Göyçay və Ağsu MST-də saxlanılan şəxslərlə təkbətək söhbət zamanı təqsirləndirilən şəxslər Penitensiar Xidmətin istintaq təcridxanalarından rayon polis şöbələrinin müvəqqəti saxlanılma təcridxanalarına etap olunarkən bəzən dəmiryolu vaqonlarında sıxlıq olduğunu bildiriblər.

Şamaxı və Qobustan RPŞ-nin MST-də həyata keçirilmiş başçəkmə zamanı orada olan şərait müsbət qiymətləndirilib.

Başçəkmənin nəticələri ilə bağlı Ombudsman daxili işlər nazirinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti