...

Hacıqabuldakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı "Akkord"a məxsus maşın olmayıb - şirkət

Cəmiyyət Materials 10 Avqust 2011 12:48 (UTC +04:00)
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC Hacıqabul rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində 9 avqust tarixində baş verən partlayış zamanı şirkətə məxsus maşının olmadığı barədə məlumat yayıb
Hacıqabuldakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı "Akkord"a məxsus maşın olmayıb - şirkət

Azərbaycan, Bakı, 10 avqust /Trend /

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC Hacıqabul rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində 9 avqust tarixində baş verən partlayış zamanı şirkətə məxsus maşının olmadığı barədə məlumat yayıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin direktoru Afaq Quliyeva bildirib.

Mətbuatda yayılan məlumatda partlayış nəticəsində ziyan dəyən maşınlardan birinin "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə məxsus olduğu bildirilib.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin rəhbərliyi və bütün kollektiv adından hadisə nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verərək və yaralananlara şəfa diləyərək bildiririk ki, partlayış zamanı ziyan dəyən avtomaşınlardan heç birinin Korporasiyamıza aidiyyatı yoxdur və bu barədə yayılan məlumat yanlışdır", - Afaq Quliyeva bildirib.

Xəbər lenti

Xəbər lenti