Azərbaycan, Bakı, 10 avqust /Trend/
Ermənistanın Ararat vilayətindəki Vazgen Sarkisyan adına hərbi hissədə xidmət şəraiti çox pisdir. Suyun daima olmaması antisanitar şərait yaradır. Trend-in məlumatına görə, bu barədə "Qraparak" qəzeti bugünkü nömrəsində yazır.
Qəzetin yazdığına görə, qidalanma da çox pisdir. Bütün bunlar hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinə təsir göstərir, onlar birtəhər xidmət edirlər və bu qeyri-insani vəziyyətdən canlarını qurtarmaq üçün günlərini sayırlar.
"Hərbi qulluqçuların dediklərinə görə, onlar yalnız ölkənin müdafiə naziri hərbi hissəyə gələndə normal qidalanırlar. Sonra isə nazirin növbəti səfərini gözləyirlər", - "Qraparak" yazır.
Ermənistan KİV: Əsgərlər müdafiə nazirinin qonaq gələcəyini gözləyirlər - yalnız onda onları yaxşı doydururlar
Ermənistan KİV: Əsgərlər müdafiə nazirinin qonaq gələcəyini gözləyirlər - yalnız onda onları yaxşı doydururlar