...

Azərbaycan Mətbuat Şurası YUNESKO ilə yeni layihəyə başlayıb

Cəmiyyət Materials 11 Avqust 2011 16:58 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası YUNESKO ilə birgə media və iqlim dəyişmələri sahəsində layihənin icrasına başlayıb
Azərbaycan Mətbuat Şurası YUNESKO ilə yeni layihəyə başlayıb

Azərbaycan, Bakı, 11 avqust /Trend /

Azərbaycan Mətbuat Şurası YUNESKO ilə birgə media və iqlim dəyişmələri sahəsində layihənin icrasına başlayıb. Trend-in məlumatına görə bu barədə cümə axşamı Mətbuat Şurasının yaydığı məlumatda bildirilib.

MŞ sədri Əflatun Amaşov bildirib ki, layihə qlobal iqlim dəyişmələrinin işıqlandırılmasında jurnalistlərin peşəkarlığının artırılmasına və əhalinin elmi yolla ekoloji maarifləndirilməsinə xidmət edəcək.

"Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişmələri sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması" adlı layihənin icraçı tərəfdaşları YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan v ə Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondudur.

Layihə çərçivəsində teleradio jurnalistləri üçün Bakıda üç günlük konfrans-seminar keçirilib. "İqlim dəyişmələri və ekoloji stabillik" adlı kitabça nəşr edilib, www.mediaclimate.org adlı vebsayt hazırlanıb. Bu proqram mediaya təlim keçən qurumlar üçün əyani vəsait olacaq.

Amaşov elm, jurnalistika və təhsil mütəxəssislərinin layih ənin icra mexanizmi və metodologiyasını hazırlamaq məqsədi ilə Azərbaycan Mətbuat Şurasında müzakirələr apardıqlarını, hazırda bu məqsədlə materiallar toplandığını da qeyd edib.

Onun sözlərinə görə, 2011-ci ilin sentyabr ayında media, elm və tədris müəssisələrinin nümayəndələri, həmçinin universitetlərin jurnalistika fakültələrinin tələbələri ilə birgə proqramın konsepsiya sənədi müzakirə olunacaq, noyabrda isə təlim proqramının təqdimatı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti