...

Sinoptiklər Azərbaycanda istirahət günü isti hava şəraiti vəd edir

Cəmiyyət Materials 13 Avqust 2011 12:38 (UTC +04:00)
Yaxın 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.
Sinoptiklər Azərbaycanda istirahət günü isti hava şəraiti vəd edir

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Yaxın 2 gün ərzində Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə şənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25, gündüz 34-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti