...

Bakıda süd məhsulları istehsal edən firmada aşkar olunan nöqsanlarla bağlı sanitariya yoxlamalarına başlanılıb

Cəmiyyət Materials 13 Avqust 2011 14:01 (UTC +04:00)
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakıda süd məhsulları istehsal edən "Amal" firmasında aşkar olunan nöqsanlarla bağlı sanitariya yoxlamalarına başlayıb.
Bakıda süd məhsulları istehsal edən firmada aşkar olunan nöqsanlarla bağlı sanitariya yoxlamalarına başlanılıb

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir M.Əliyev/

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakıda süd məhsulları istehsal edən "Amal" firmasında aşkar olunan nöqsanlarla bağlı sanitariya yoxlamalarına başlayıb. Bu barədə Trend-ə şənbə günü Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, firmanın məhsullarında bağırsaq çöplərinin olduğu aşkarlanıb.

Ölkə ərazisində aparılan yoxlamalar zamanı, həmçinin İsmayıllı rayonunda pendir sexindən götürülmüş nümunələrdə də bağırsaq çöplərinin olduğu müəyyənləşdirilib. Nöqsanlar aşkar olunan müəssisələrin fəaliyyəti dayandırılıb.

"Hazırda Mərkəzin yoxlamaları digər ərazilərdə davam etdirilir", - Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti