...

Rusiyada ictimai yerlərdə siqaret çəkilməsinin qadağan olunması planlaşdırılır

Cəmiyyət Materials 16 Avqust 2011 14:54 (UTC +04:00)
Rusiyada ictimai yerlərdə siqaret çəkilməsinin qadağan olunması planlaşdırılır
Rusiyada ictimai yerlərdə siqaret çəkilməsinin qadağan olunması planlaşdırılır

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Rusiyada ictimai yerlərdə siqaret çəkilməsinin, tütün reklamının qadağan olunması planlaşdırılır.

"Bir neçə ildən sonra yalnız öz mənzilində və ya küçədə rahat siqaret çəkmək mümkün olacaq. Artıq 2013-cü ildə isə siqaretlər mağazaların piştaxtalarından ümumiyyətlə yoxa çıxmalıdır", - Trend-in məlumatına görə, hökumət qəzeti "Rossiyskaya qazeta" xəbər verir.

Onların satışı hesablamasız həyata keçiriləcək, alıcı isə malı xüsusi qiymət siyahısı ilə seçə biləcək. Bu zaman çeynənən və qoxulanan tütünə də qadağa tətbiq oluna bilər. Belə sərt normalar RF Səhiyyə və Sosial İnkişaf Nazirliyinin hazırladığı "Əhali sağlamlığının tütündən istifadənin nəticələrindən qorunması haqqında" qanun layihəsində təklif olunur. Bu barədə İTAR-TASS yazır.

Qanun layihəsini hazırlayanlar ictimai yerlərdə siqaret çəkməkdən yüz faiz imtina edilməsini, tütün məhsullarının reklamına qadağanı, icazə verilməyən yerlərdə siqaret çəkməyə görə cərimələrin məbləğinin artırılmasını təklif edirlər. Hətta tütün məmulatlarının hazırlanması və onların yayılması üçün avadanlıqların uçotunun aparılması da təklif olunur. Görünür, bu zaman alkoqol sənayesində bu yaxınlarda yeni tətbiq edilmiş qanunlar nəzərə alınır.

Belə sərt tədbirlər ondan irəli gəlir ki, bu gün Rusiya tütündən istifadəyə görə dünyada birinci yeri tutur. Qəzet yazır: "Bizdə 44 milyon insan siqaret çəkir və bu da siqaretlə əlaqədar xəstəliklərdən vaxtından qabaq ölüm riskini artırır", - İstehlak Cəmiyyətləri Beynəlxalq Konfederasiyasının rəhbəri Dmitri Yanin "RQ"yə izah edib. Ekspert məlumatlarına görə, orta statistik rusiyalı gündə 17 siqaret çəkir. Bununla yanaşı, Rusiya hələ 2008-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Tütünlə mübarizəyə qarşı Çərçivə Konvensiyasını ratifikasiya edib.

"Üzərimizə götürdüyümüz öhdəliklər üzrə ilk addımı biz yalnız indi, tütün əleyhinə "proqressiv" qanun layihəsi hazırlamaqla atırıq", - Tütün əleyhinə koalisiyanın həmsədri Darya Xalturina qeyd edib. Onun sözlərinə görə, belə məhdudiyyətlər Fransa, Norveç, Finlandiya, Litva, Böyük Britaniya, Avstriya, Birləşmiş Ştatların bəzi ştatlarında və Qazaxıstanda da qüvvədədir.

Uzaq səfərə gedən qatarlarda, gəmilərdə, vağzalların və aeroportların çıxışında 10 metrdən yaxın məsafədə siqaret çəkməyə qadağa 2014-cü ildən qüvvəyə minəcək. Mehmanxanalarda, kafelərdə, gecə klublarında siqaret çəkmək, eləcə də personajları siqaret çəkən film və verilişlərin çəkilişinə qadağa isə 2015-ci ildən tətbiq olunacaq.

İctimai yerlərdə yalnız siqaret çəkmək deyil, qəlyan çəkmək də qadağan olunur. Yanin bildirib ki, bir qəlyan zərərli maddələrin miqdarına görə bir paçka siqaretə bərabərdir, lakin ondan ayrılan tüstü daha çirklidir. Bu əyləncə ilə çox güman ki, açıq eyvanlarda və ya şəxsi mənzillərdə əylənmək mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti