...

İran parlamentariləri Urmiya gölünün xilası üçün təqdim olunmuş layihənin növbədənkənar müzakirəsinə qarşı çıxıblar

Cəmiyyət Materials 16 Avqust 2011 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

İran parlamentinin nümayəndələri Urmiya gölünün qurmasının qarşısının alınması üçün təqdim olunan iki layihənin növbədənkənar müzakirəsinə qarşı çıxıblar. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

Layihələrdə Urmiya gölünə Araz çayı və Silvə çayından su kəməri çəkilməsi nəzərdə tutulur. Parlamentarilər hər iki layihənin müvafiq komissiyada yenidən müzakirə olunmasını məsləhət görüblər.

Urmiya gölünün sahəsi təxminən 6 min kvadrat kilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edirlər. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən başlanılacaq tədbirlər hələ ki kifayət deyil.

İran Prezidenti və hökumət nümayəndələrinin Təbrizə son səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr suyun axıdılması nəzərdə tutulur.

Urmiya gölündə hazırda hər 1 litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Hazırda bu gölün 1/3-i quruyub və şoranlığa çevrilib.

Xəbər lenti

Xəbər lenti