...

Təqsirləndirilən şəxs: Mövsüm Səmədovun 2 yanvar tarixli iclasındakı çıxışında söylədikləri fikirləri tam dəstəkləyirəm

Cəmiyyət Materials 17 Avqust 2011 15:51 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə dövlət qeydiyyatına alınmayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Təqsirləndirilən şəxs: Mövsüm Səmədovun 2 yanvar tarixli iclasındakı çıxışında söylədikləri fikirləri tam dəstəkləyirəm

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə dövlət qeydiyyatına alınmayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, məhkəmə təqsirləndirilən şəxslərdən Abdullayev Vaqif Ağasahib oğlunun dindirilməsi ilə davam etdirilib.

Vaqif Abdullayev dövlət qeydiyyatından keçməyən Azərbaycan İslam Partiyasının təşkilatı məsələlər üzrə sədr müavini vəzifəsində işlədiyini, partiyanın 2 yanvar 2011-ci ildə keçirilən və partiya sədri Mövsum Məmədovun kəskin çıxışları ilə yadda qalan iclasının keçirilməsində təşkilatı işlərə rəhbərlik etməsini, o cümlədən həmin iclasda iştirak edən şəxslərin dəvət edilməsini təşkil etdiyini bildirib.

Abdullayevin dindirilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrin köklu şəkildə fəfqlənməsi və birinin digəri ilə ziddiyyət təşkil etməsi ilə yadda qalıb.

Abdullayevin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məhkəmə tərəfindən elan edilməsi zamanı aydın olub ki, o, ibtidai istintaq zamanı verdiyi ifadələrində təşkilatı işlərlə məşğul olsa da, partiyanın 2 yanvar tarixli iclasında səhhəti ilə əlaqədar iştirak etmədiyini göstərib. Halbuki, məhkəmədə verdiyi ifadəsində həmin iclasda əvvəldən axıra kimi iştirak etdiyini, edilən bütün çıxışları eşitdiyini bildirib.

Abdullayev ifadələri arasında olan bu ziddiyyətlərlə bağlı dövlət ittihamçısının suallarını izah edə bilməyib.

Dövlət ittihamçısının suallarını cavablandıran Abdullayev həmçinin göstərib ki, partiya sədri Mövsüm Səmədovun 2 yanvar tarixli iclasdakı kəskin çıxında söylədiyi fikirləri o, tam dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti