...

İranda hər altı saatda bir nəfər QİÇS-ə yoluxur

Cəmiyyət Materials 17 Avqust 2011 17:07 (UTC +04:00)
Rəsmi statistik məlumatlar göstərir ki, İranda hər altı saatda bir nəfər QİÇS-ə yoluxur. Bunu İranın QİÇS Araşdırmalar Mərkəzinin üzvü Seyid Əhməd Əli Nəqi deyib. Bu barədə Trend İranın ghanoononline.ir xəbər saytına istinadən məlumat verir.
İranda hər altı saatda bir nəfər QİÇS-ə yoluxur

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Rəsmi statistik məlumatlar göstərir ki, İranda hər altı saatda bir nəfər QİÇS-ə yoluxur. Bunu İranın QİÇS Araşdırmalar Mərkəzinin üzvü Seyid Əhməd Əli Nəqi deyib. Bu barədə Trend İranın ghanoononline.ir xəbər saytına istinadən məlumat verir.

Əli Nəqi əlavə edib ki, rəsmi statistikaya əsasən, ölkədə hazırda 22 mindən çox şəxs QİÇS virusunun daşıyıcısıdır, lakin həqiqətdə virusun daşıyıcılarının sayı 100 min nəfərdən artıqdır.

2010-cu ildə İranın Səhiyyə Nazirliyinin statistikasında ölkədə 20 975 nəfərin QİÇS-ə yoluxduğu açıqlanmışdı. Bu göstərici 2009-cu ilin dekabr ayında 20 130 nəfər olub.

Səhiyyə Nazirliyinin məlumatında bildirilirdi ki, onların 75 faizi narkotik maddələri iynə vasitəsilə qəbul etməklə, 17,9 faizi isə cinsi əlaqə nəticəsində bu virusa yoluxublar. Məlumatda, həmçinin İranda cinsi əlaqə ilə virusa yoluxanların sayının 5 faiz artdığı deyilirdi.

İranın QİÇS-lə mübarizə komitəsi ölkədə cinsi əlaqə ilə QİÇS-ə yoluxma hallarının artması barədə xəbərdarlıq edib. Komitə bildirib ki, araşdırmalar göstərir ki, ölkədə 83-120 min nəfər QİÇS virusunun daşıyıcısıdır, lakin bu virusa yoluxanların yalnız 21 minə yaxını aşkar edilib.

QİÇS İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılan nadir xəstəliklərdəndir. İnsanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, ölkədə İİV-ə yoluxanların sayı kəskin artıb.

Xəbər lenti

Xəbər lenti