...

Azərbaycanda ilk dəfə onlayn avto-çat istifadəyə verilib

Cəmiyyət Materials 23 Avqust 2011 12:18 (UTC +04:00)
Sükan.az saytında yerləşdirilən çat istifadəçilərə portaldan istifadə zamanı söhbət etmək imkanı vermək məqsədilə yaradılıb.
Azərbaycanda ilk dəfə onlayn avto-çat istifadəyə verilib

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ilk dəfə onlayn avto-çat istifadəyə verilib.

Sükan.az saytında yerləşdirilən çat istifadəçilərə portaldan istifadə zamanı söhbət etmək imkanı vermək məqsədilə yaradılıb.

Sözügedən avto-çat Azərbaycanda ilk dəfə olaraq istifadəyə verilib. Onlayn avto-çat "Prodemos" İctimai Birliyi tərəfindən həyata keçirilən "Təhlükəsiz Yollar" layihəsi çərçivəsində yaradılıb.

İctimai Birliyin sədri Xanlar Ağalarovun Trend-ə verdiyi məlumata görə, Təhlükəsiz Yollar Layihəsi QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənir.

O qeyd edib ki, onlayn avto-çat Sükan.az portalının istifadəçilərinə bir-biriləri ilə qarşılıqlı fikir mübadiləsi aparmaga, yol hərəkəti və təhlükəsizliyi ilə bağlı problemlərin ictimailəşdirilməsinə yardım edəcək.

Sükan.az portalının əsas məramı sürücü və piyadaları yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət olunmasına cəlb etməkdir.

Çata daxil olmaq üçün istifadəçilər adlarını, cinslərini və yaşlarını qeyd etməli və çatdan istifadə qaydalarını qəbul etməlidirlər.

Xəbər lenti

Xəbər lenti