...

BQXK itkin düşmüş şəxslərin ailələri ilə əlaqədar yeni proqram həyata keçirir

Cəmiyyət Materials 24 Avqust 2011 17:30 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) itkin düşmüş şəxslərin ailələri ilə əlaqədar yeni proqram həyata keçirir
BQXK itkin düşmüş şəxslərin ailələri ilə əlaqədar yeni proqram həyata keçirir

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) itkin düşmüş şəxslərin ailələri ilə əlaqədar yeni proqram həyata keçirir.

Bu barədə Trend-in sualına cavab olaraq BQXK-nin Azərbaycan nümayəndəliyinin müdafiə proqramının koordinatoru Silvi Qrenişer deyib.

O bildirib ki, bu ilin iyul ayından "İtkin düşmüş şəxslərin ailələrinin müşayət edilməsi" adlı proqramın icrasına başlanıb.

Proqram itkin düşmüş şəxslərin ailələri ilə onların ehtiyaclarına cavab verə biləcək təsisatlar arasında əlaqənin yaradılmasına imkan verəcək. Proqramın məqsədi bu ailələrin spesifik ehtiyaclarının ödənilməsinə yardım göstərməkdir.

"Məsələn, itkin düşmüş şəxsin ailəsinin bir üzvünə spesifik tibbi yardım tələb olunur. Bu zaman həmin şəxslə ona bu müalicə xidmətini göstərə biləcək xəstəxana arasında əlaqə yaradılacaq. Yaxud belə şəxslərdən birinin ailə üzvünün hüquqi xidmət göstərilməsinə ehtiyacı olduqda hüquqi yardım göstərilməsi üçün onunla hüquqşünas arasında əlaqə yaradılacaq və s.", - Qrenişər deyib.

Onun sözlərinə görə, indiyədək proqram çərçivəsində 7 ailə qrupu ilə görüşlər keçirilib.

Proqram ilkin olaraq Bakıda həyata keçiriləcək. Sonrakı mərhələlərdə cəbhə zonasında yaşayan itkin düşmüş şəxslərin ailələrini də əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti