Bu gün Azərbaycanın birinci xanımının ad günüdür

Bu gün Azərbaycanın birinci xanımının ad günüdür

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Avqustun 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ad gününü qeyd edir.

Mehriban Əliyeva Bakıda tanınmış ailədə anadan olub. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.

Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

90-cı illərin ortalarında Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradıb. Ölkənin birinci xanımı indiyədək bu Fonda rəhbərlik edir. Fond Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis, rus) "Azərbaycan-İRS" jurnalını nəşr etdirir. Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də əksər sahələrdə - musiqi, arxitektura, təsviri və tətbiqi incəsənət sahələrində şedevrlər yaratmış ölkə kimi təmsil olunmağa başlayıb.

Mehriban xanım Heydər Əliyev Fonduna onun yaradıldığı gündən - 10 may 2004-cü ildən rəhbərlik edir. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Bura valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir. "Bu 7 il ərzində ən böyük nailiyyətimiz, ən böyük uğurumuz Azərbaycan xalqının inamını və hörmətini qazanmağımız olub. Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər bir quruma - istər dövlət, istər qeyri-dövlət qurumuna, bizimlə əlaqə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı çatdırıram", - Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev in anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasimdə çıxışı zamanı deyib.

Birinci xanım statusu və Fonddakı işi Mehriban xanıma bu işi sistemləşdirməyə, layihələrin miqyasını genişləndirməyə, onların həyata keçirilməsində əlavə resursların cəlb olunmasına imkan verir.

Azərbaycan mədəniyyətinin populyarlığı və təbliği məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ bütün dünyadan olan çoxsaylı qonaqları növbəti Beynəlxalq Musiqi Festivalına qəbul edib.

Heydər Əliyev Fondu görkəmli Azərbaycan ifaçılarının musiqi albomlarının buraxılmasına böyük diqqət yetirir, eləcə də dünyanın məşhur mütəfəkkiri, görkəmli alimi, ensiklopedik biliklərə malik Nəsirəddin Tusinin "Əxlaqi-Nasir" əsəri latın qrafikasında yenidən nəşr edilib, "Azərbaycan" kitab fotoalbomu və əksər türk ölkələrində populyar olan "Qabusnamə" kitabının rus variantı hazırlanıb, "Azərbaycan muğamı" multimedia məcmuəsi və "Muğam dünyası" kitabı buraxılıb. Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində "İntizar" operasının yeni quruluşda premyerası keçirilib.

Bakıda Mehriban Əliyevanın təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi açılıb və fəaliyyət göstərir.

Fondun başqa ölkələrdə nümayəndəlikləri var və Azərbaycandan kənarda da bir çox layihələri uğurla həyata keçirir. Belə ki, 2010-cu ilin iyununda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə iyunda Bakıda "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forum keçirilib.

Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir. Belə ki, dünya irslərinin siyahısına daxil olan Parisin Versal sarayının parkında, zaman keçdikcə və iqlim təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Fond Strasburq Kafedral kilsəsinin vitrajlarının təmirinə də maddi kömək göstərib. Azərbaycanda da bir çox məscid, sinaqoq və kilsələr bərpa olunub.

17 fevral 2011-ci il tarixində Parisdə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə və "Azərbaycan" kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Mehriban Əliyeva və Fransanın mədəniyyət naziri Frederik Mitteran iştirak ediblər.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamına müvafiq olaraq, 18-21 aprel 2011-ci il tarixində

Heydər Əliyev Fondu və Azərbaycanın Fransadakı səfirliyi Parisdə təntənəli bayram mərasimi təşkil edib. Bayram günləri çərçivəsində aprelin 19-da YUNESKO-nun mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb. Sərginin ekspozisiyasında XIV əsrdən bu günümüzədək milli xalçaçılıq nümunələri, eləcə də Qarabağ xalçaçılıq məktəbinin şedevrləri təqdim olunub. Həmin gün Azərbaycan estradasının gənc ifaçılarının konserti keçirilib.

17 may 2011-ci il tarixindəHeydər Əliyev Fondunun təşəbbüsü ilə Moskvada Kreml Dövlət Sarayında Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən Azərbaycan gecəsi keçirilib. Gecədə Azərbaycan və Rusiyanın birinci xanımları Mehriban Əliyeva və Svetlana Medvedeva iştirak ediblər. Kreml Dövlət Sarayında Azərbaycan gecəsi çərçivəsində Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri olan "Azərbaycan" kitabının rus versiyasının təqdimatı keçirilib.

Mehriban Əliyeva Azərbaycan xalqının rifahına xidmət edən belə humanitar proqramların effektivliyinin güclənməsi üçün bütün mövcud imkanlardan istifadə etməyi özünün vəzifəsi hesab edir.

Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının çatdırılmasıdır. Həyata keçirilmiş layihələr arasında bir neçə dildə nəşr edilmiş, Ermənistanın Azərbaycana qarşı təcavüz tarixini əks etdirən "Qarabağ reallıqları" bukletlər toplusunu, erməni vəhşiliyindən bəhs edən "Müharibə və mədəni-tarixi abidələrimiz", "Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında" kitablarını qeyd etmək olar. Bundan başqa, Fond dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və videosərgilər təşkil edir.

2004-cü ilin avqustunda Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə yorulmaz səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri elan olunub. İki il sonra birinci xanım müxtəlif sahələrdəkı genişmiqyaslı və fədakar fəaliyyətinə, o cümlədən geniş sivilizasiyalararası dialoq, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin və təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESKO-nun (İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı) xoşməramlı səfiri seçilib.

Belə nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq çox şərəfli və məsuliyyətli missiyadır. Həm YUNESKO, həm də İSESKO, nizamnamələrində qeyd olunduğu kimi, qeyri-siyasi institutlardır. Eyni zamanda bu, Mehriban Əliyevanın öz ölkəsini təmsil etdiyi beynəlxalq arenadır. Bu, müasir Azərbaycanın, qədim tarixi və mədəni köklərə malik xalqımızın, incəsənətimiz, musiqimiz və ədəbiyyatımızın nailiyyətlərinin bütün dünyaya çatdırılması uçun fürsətdir.

Xoşməramlı səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil vasitəsilə İslam dünyasının malik olduğu bütün imkanları, Qərbin və Şərqin, eləcə də müxtəlif sivilizasiyaların bir-birinə nə qədər maraqlı və faydalı ola bilməsini göstərməkdir.

2005-ci ildə mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban xanım Əliyeva Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Fondunun "Yaqut Xaç" ordeni ilə təltif olunub. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsi isə birinci xanımı "Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi işində müstəsna xidmətlərinə görə" xüsusi mükafatı ilə qiymətləndirib. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə görə Mehriban Əliyeva 2007-ci ildə "Qızıl Ürək" beynəlxalq mükafatına layiq görülüb.

Mehriban Əliyevanın geniş fəaliyyəti bununla məhdudlaşmır. O, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Xanım Əliyeva bu vəzifədə yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Onun nüfuzu 2003 və 2004-cü illərdə Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku yarışının, 2005-ci ildə isə bədii gimnastika üzrə dünya çempionatının və 2007 və 2009-cu illərdə Avropa birinciliyinin keçirilməsi barədə qərarın qəbulunda həlledici rol oynayıb. Bu gün bədii gimnastika üzrə Azərbaycan yığma komandası dünyada böyük nüfuza malikdir. İdmançılar beynəlxalq turnirlərdə lider mövqeləri əldə edirlər.

2005-ci ildə Mehriban Əliyeva fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Elə həmin il, eləcə də 2010-cu ildə Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə parlamentə deputat seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.

14 sentyabr 2009-cu ildə Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Polşa Respublikasının "Xidmətlərə görə" Böyük KomandorXaçı ordeni ilə təltif edilib.

10 fevral 2010-cu il tarixdə Fransa Prezidentinin sərəncamı ilə Mehriban Əliyeva "Fəxri legionun böyük xaç komandoru " ordeni ilə təltif edilib.

Bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılmasına sadiqliyə, mədəniyyətlərarası dialoqun inkişafına yönələn yorulmaz səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə böyük töhfəyə və YUNESKO-nun ideya və məqsədlərinə sadiqliyə görə Mehriban xanım 30 iyul 2010-cu il tarixində bu təşkilatın "Motsart medalı"na layiq görülüb.

2 iyun 2011-ci ildə xanımƏliyevaqaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlara, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) "Türk dünyasına xidmət" mükafatına layiq görülüb.

24 iyun 2011-ci il tarixdəBrüsseldə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub. Krans Montana Forumunun Qızıl medalı dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Mehriban xanım Əliyevanın Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiq edir.

Heydər Əliyev Fondu Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində iştirakının təşəbbüskarı olub. Azərbaycan bu müsabiqədə cəmi dörd dəfə iştirak edib və ölkə nümayəndələri həmişə müsabiqənin liderləri arasında olublar. Mayda Azərbaycanın gənc müğənniləri Eldar və Nigar "Eurovision 2011"-in qalibi olublar. Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri təyin edilib.

Mehriban xanımın Leyla və Arzu adında iki qızı, Heydər adında oğlu, Mikayıl və Əli adında iki nəvəsi var.

Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Cənubi Koreya Azərbaycanda  yeni layihələr icra edəcək
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
Loading Bars
Xəbər lenti
FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb
Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir (VİDEO)
Azərbaycan OPEC+ sazişini necə icra edir? - Beynəlxalq Agentlikdən qiymətləndirmə
NATO PA-nın yaz sessiyası başlayıb
Ermənistanda partiyalar prezident və baş naziri vəzifədən uzaqlaşdırmağa çağırıb
Soydaşımız cüdo üzrə Amerika çempionu olub (FOTO)
Azərbaycanda iqtisadiyyatın kreditləşməsi artıb - Dünya Bankı
Avtomobildə qadını döyən şəxsin kimliyi məlum olub
Xaçmaz RİH başçısı Aşağıoba və Aslanoba kəndlərində şəhidlərin məzarını ziyarət edib (FOTO)
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir (VİDEO)
Səttar Möhbalıyev: “Xarıbülbül” festivalı milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində atılmış ən mühüm addımlardan biri oldu
Manatın məzənnəsi sabit qalır - Dünya Bankı
İranda kiçik təyyarələrin uçuşları dayandırılıb
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib (FOTO)
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
Türkiyədə ticarət mərkəzləri açılır
Narkomanlıqla bağlı 2 mindən çox cinayət faktı aşkarlanıb
Qarabağda enerji infrastrukturunun formalaşdırılması əsas vəzifə kimi müəyyənləşdirilib
Mayın 17-də manatın dollara qarşı məzənnəsi
Raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edir (VİDEO)
300-ə yaxın jurnalist peyvənd olunub (FOTO)
Ermənistanın sabiq prezidenti müharibədəki məğlubiyyətin səbəblərini açıqladı
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib
Azərbaycanda bu il istehsal olunan ÜDM-in həcmi açıqlanıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 472 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib
Biz həmişə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Udi xalqına olan diqqətini hiss edirik - Alban-Udi Xristian icmasının sədri
Məşhur şirkətin satış təmsilçisinə mənimsəməyə görə cinayət işi açıldı
2867 şəhidin ailə üzvlərinə sosial ödəniş təyinatı aparılıb
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb (FOTO)
Bu il Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi 76 milyon barelə çatır
Apreldə 6 minə yaxın qaz abonenti qeydiyyata alınıb
"SOCAR Energy Ukraine" premium yanacağın satışını dayandırıb
Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçəcək (SİYAHI)
Yayda ağaclara necə qulluq etmək lazımdır?
İlahiyyat İnstitutunda “Azərbaycanda İslam mədəniyyətinin təşəkkül tarixi” mövzusunda vebinar keçirilib (FOTO)
Sumqayıtda koronavirusa qarşı vaksinasiya davam edir (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayır
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçirilib
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Türkiyə fələstinli dinc sakinlərin müdafiəsi üçün beynəlxalq qüvvələrin yaradılmasını təklif edir - Mövlud Çavuşoğlu
Qarabağın müasir standartlara uyğun bərpa edilməsi Azərbaycanın gücünün nümayişidir - Könül Nurullayeva
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb (FOTO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya səfərə gedir
Rusiya aviaşirkəti Bakıya uçuş marşrutlarını artırır
9 ictimai-iaşə obyekti karantin qaydalarını kobud şəkildə pozub - SİYAHI
İranda daha 11 min nəfər koronavirusa yoluxub, 303 nəfər ölüb
Qeyri-iş günlərində paytaxtda 42 min kv.m sahədə təmir işləri aparılıb
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır (VİDEO)
"Fitch Ratings" Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb
Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir
Bakı Ali Neft Məktəbi “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” mövzusunda vebinar təşkil etdi (FOTO)
Türkiyədə vaksinasiya olunmuş 65 yaşdan yuxarı şəxslər üçün karantin yumşaldılır
Sabah 35 dərəcə isti olacaq
Sərhəddə yaşanan gərginliyin səbəbi Ermənistanın işğalçılıq siyasətidir - Politoloq
Bayram günlərində milli parkları 7 minə yaxın turist ziyarət edib (FOTO)
İsrailin müdafiə naziri regiondakı vəziyyəti ABŞ rəsmisi ilə müzakirə edib
DSMF-nin sabiq şöbə müdirinin işi məhkəməyə göndərildi
Azərbaycanda çəltik sığortasının məbləği açıqlandı
Daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edildi (FOTO)
IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək!
Ötən 4 ayda əhaliyə keçən ilin eyni dövrünə nisbətən 6 faiz çox vəsait ödənilib
Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA
“AccessBank”da yeni təyinat: Ramin Hüseynov “AccessBank”a Maliyyə üzrə Baş Direktor təyin olunub
İranın super-kompüteri işə başlayıb
Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO)
Ağcabədidə narkotacir 3 kiloqramdan artıq marixuana ilə tutuldu (FOTO)
Goranboyda evdən 5 min manata yaxın oğurluq edən dəstə saxlanıldı (FOTO/VİDEO)
Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Bakıda dönərxananın fəaliyyəti dayandırılıb
Bulvarda hasarlanmış ərazidə Müslüm Maqomayevin heykəli qoyulacaq - ÖZƏL (FOTO)
Sərhədçilərimizi öldürən sərhəd pozucusu saxlanıldı
Bakı-Qazax yolunda orta yaşlı kişini maşın vurub öldürdü - FOTO
BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər (FOTO)
Vüqar Səfərlinin həbs müddəti 3 ay uzadıldı
Xocavənddə silah-sursat aşkarlandı
"Fitch Ratings" Azərbaycanda inflyasiya ilə bağlı proqnozları açıqlayıb
Azərbaycanda qızıl bahalaşıb
DİM növbəti imtahan keçirdi, nəticələr 6 gün sonra açıqlanacaq
Qazaxıstanda koronavirusa daha 2 459 nəfər yoluxub
Azərbaycan Ordusunda təlimlər başlayıb
Yaponiya sahillərində 6.1 bal gücündə zəlzələ olub
Mayın 16-da xarici valyutaların manata qarşı məzənnələri
BƏƏ-yə xarici investisiyalar 2020-ci ildə 44% artıb
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır - Leyla Abdullayeva
Nyu-Yorkda atışma baş verib
Argentinada koronavirusdan ölənlərin sayı 70 mini ötüb
"Lester" ilk dəfə İngiltərə Kubokunun qalibi oldu
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
İsrail HƏMAS-ın siyasi bürosunun liderinin evinə raket zərbəsi endirib
Braziliyada koronavirusdan daha 2 087 nəfər ölüb
Netanyahu İsrailin atacağı addımlar barədə Baydeni məlumatlandırıb
HƏMAS Tel-Əviv və Aşdod istiqamətində onlarla raket buraxıb
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,9 milyonu ötüb
“Beşiktaş” 16-cı dəfə Türkiyə Superliqasında çempion olub
HƏMAS iki saatlıq Təl-Əvivin atəşə tutulmasını dayandırdı
Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib
Bütün xəbərlər