...

Prokurorluq orqanlarına işə qəbul edilmiş namizədlərin tədris kursu başlayıb

Cəmiyyət Materials 1 Sentyabr 2011 12:16 (UTC +04:00)
Azərbaycanın prokurorluq orqanlarına işə qəbul edilmiş namizədlər üçün tədris kursu başlayıb.
Prokurorluq orqanlarına işə qəbul edilmiş namizədlərin tədris kursu başlayıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın prokurorluq orqanlarına işə qəbul edilmiş namizədlər üçün tədris kursu başlayıb.

Ədliyyə Akademiyasının baş məsləhətçisi Yəhya Məmmədov Trend-ə bildirib ki, prokurorluq orqanlarındakı 100 ştat vahidi üzrə elan olunmuş müsabiqədə uğur qazanmış 108 nəfər namizəd üçün 1 aylıq məcburi tədris kursları başlayıb.

Ədliyyə Akademiyasının təşkilatçılığı ilə keçirilən tədris kurslarında Avropa Məhkəməsinin presedent hüququ, qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklər, korrupsiya ilə mübarizə sahəsində qanunvericilik və beynəlxalq təcrübə, kargüzarlıq işinin aparılması, işgəncələrlə mübarizə sahəsində yerli və beynəlxalq qanunvericilik və digər movzularda mühazirələr oxunacaq.

Mühazirələri Ədliyyə Akademiyasının müəllimləri, Baş Prokurorluğun idarə rəisləri, Ədliyyə Nazirliyinin əməkdaşları və hakimlər oxuyacaqlar.

Sentyabrın 1-dən 23-dək davam edəcək tədris kursları Baş Prokurorluğda keçirilir.

Prokurorluq orqanlarındakı vakant yerlərə keçirilmiş son müsabiqədə 108 gənc hüquqşünas müvəffəqiyyət qazanıb.

Onlardan 69-u müsabiqədə ilk dəfə, 39-u isə təkrarən iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti