...

Azərbaycanda gələcəkdə məktəbəqədər təhsil icbari ola bilər

Cəmiyyət Materials 1 Sentyabr 2011 13:11 (UTC +04:00)
Azərbaycanda gələcəkdə məktəbəqədər təhsil icbari ola bilər. Bunu Trend-ə Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva deyib.
Azərbaycanda gələcəkdə məktəbəqədər təhsil icbari ola bilər

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda gələcəkdə məktəbəqədər təhsil icbari ola bilər. Bunu Trend-ə Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva deyib.

Onun sözlərinə görə, hazırda bunun həyata keçirilməsi qeyri-mümkündür, çünki ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinin sayı yetərli deyil.

"Biz bu gün məktəbəqədər təhsilin icbariləşdirilməsinə hazır deyilik. Məktəbəqədər təhsil müəssisələrinin təmiri, tikintisi sahəsində böyük irəliləyiş hiss olunur. Yeni müəssisələr tikilərsə, qruplar açılarsa, niyə də biz icbariliyə keçməyək? Amma bu, yaxın gələcəyin işi deyil. Bu işin 1-2 ilə reallaşdırılması mümkün deyil. Çünki bizim müəssisələrimizin sayı kifayət qədər deyil", - Alnağıyeva bildirib.

Hazırda respublika üzrə məktəb yaşına çatmamış uşaqların 17,6 faizi məktəbəqədər təhsilə cəlb edilib. Bu isə xarici dövlətlərlə müqayisədə aşağı göstəricidir.

Respublika üzrə 107 954 uşağı əhatə edən 1653 uşaq bağçası var. 103157 uşağı əhatə edən 1571 müəssisə Təhsil Nazirliyinin tabeliyindədir.

Xəbər lenti

Xəbər lenti