...

Azərbaycanda müəllimlərin orta məktəblərdə işə qəbulu ilə bağlı narazılıq yaranmayıb - nazir

Cəmiyyət Materials 3 Sentyabr 2011 10:31 (UTC +04:00)
Azərbaycanda müəllimlərin orta məktəblərdə işə qəbulu ilə bağlı indiyədək heç bir narazılıq yaranmayıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə şənbə günü təhsil naziri Misir Mərdanov deyib.
Azərbaycanda müəllimlərin orta məktəblərdə işə qəbulu ilə bağlı narazılıq yaranmayıb - nazir

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda müəllimlərin orta məktəblərdə işə qəbulu ilə bağlı indiyədək heç bir narazılıq yaranmayıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə şənbə günü təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, orta məktəblərdə müəllim işləmək üçün təxminən 3000 vakant yerə 10 minə yaxın namizəd müraciət edib.

"Bu iş elektron qaydada həyata keçirilir. Şübhəsiz ki, əksəriyyət işlə təmin olunmayıb. Amma bir nəfər də narazı yoxdur", - nazir deyib.

Mərdanovun sözlərinə görə, ucqar yerlərdəki orta məktəblərdə müəllim işləmək istəyənlərin sayı az deyil. Nazir əlavə edib ki, hazırda 10 illik təhsil strategiyasının hazırlanması üçün işlər aparılır və bununla bağlı işçi qrup yaradılıb.

"Strategiya layihəsinin hazırlanması üçün 3 ay vaxt ayrılıb. Amma bu müddət başa çatmayıb. Əminəm ki, verilmiş müddət başa çatana qədər strategiyanı Prezidentə təqdim edə biləcəyik", - o deyib.

Mərdanov onu da qeyd edib ki, Təhsil Nazirliyində Tikinti İdarəsinin ləğvi barədə yayılan məlumatlar da düzgün deyil.

Xəbər lenti

Xəbər lenti