...

Orta məktəblərdəki vakant müəllim yerləri üçün yenidən müsabiqə keçiriləcək

Cəmiyyət Materials 3 Sentyabr 2011 12:34 (UTC +04:00)
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə orta məktəblərdə elan edilmiş 2000-dən çox vakant yerin 70 faizinin tutulacağı gözlənilir. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.
Orta məktəblərdəki vakant müəllim yerləri üçün yenidən müsabiqə keçiriləcək

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə orta məktəblərdə elan edilmiş 2000-dən çox vakant yerin 70 faizinin tutulacağı gözlənilir. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli
Qədirov deyib.

Onun sözlərinə görə, qalan yerlərin tutulması üçün yenidən müsabiqə elan ediləcək.

"Qalan 30 faiz yerin tutulması üçün ərizə verən namizədlərin sənədləri təhlil ediləcək. Həmin yerlərdə işləmək istəyən namizədlər varsa, onları həmin yerlərə göndərəcəyik. Əgər bundan sonra da vakant yerlər qalarsa, həmin yerlərə yenidən müsabiqə keçirilə bilər, yaxud
ehtiyat kadr siyahısına daxil olmuş namizədlər həmin yerlərə göndərilə bilərlər", - Qədirov bildirib.

Şöbə müdirinin sözlərinə görə, bütün fənlər üzrə müəllimlərin işə qəbulu üçün müsabiqənin ikinci - imtahan mərhələsi başa çatıb.

"Bəzi fənlər üzrə üçüncü mərhələ də yekunlaşıb. Məsələn, ibtidai sinif, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, kimya fənləri üzrə müsabiqənin nəticələri əsasında müəllimlərin yerləşdirilməsini aparmışıq. Eyni zamanda, qalan vakant yerləri də elan etmişik. Müsabiqədə yüksək bal toplayan namizədlər artıq ərizə ilə nazirliyə müraciət ediblər və hazırda müraciətlər
araşdırılır", - Qədriov deyib.

O bildirib ki, vakant yerlərə yerləşdirmənin aparılması üçün həmin yerlərə sənəd verən namizədlərin siyahısı hazırlanacaq. Siyahıda namizədlərin imtahanda topladığı ballar və seçdikləri təhsil müəssisələri qeyd ediləcək. Bu prosedur bütün fənlər üzrə həyata
keçiriləcək.

Qədirovun sözlərinə görə, müəllimlərin işə qəbulu məqsədilə keçirilən imtahanlarda istifadə edilmiş test tapşırıqlarının çətinlik dərəcəsi orta səviyyədə olub. Həmin suallar ümumtəhsil məktəblərinin tədris\ planlarına uyğundur.

Xəbər lenti

Xəbər lenti