Gürcüstan, Tiflis, 4 sentyabr /Trend, müxbir N.Kirçxaliya/
Gürcüstanın Batumi şəhərinin Barçxana qəsəbəsində evlərdəki krantlardan içməli su əvəzinə neft gəlib. Trend-in Gürcüstan müxbirinin məlumatına görə, bu barədə Acarıstanın TV-25 telekanalı məlumat verib. Bu hadisə su təchizatı sisteminin çirklənməsi ilə nəticələnib. Yerli sakinlərin paltaryuyan maşınları və su qızdırıcıları sıradan çıxıb.
Hadisənin səbəbi kimi o göstərilir ki, su təchizatı sistemində reabilitasiya işləri aparılması ilə əlaqədar suyun verilməsi dayandırılıb və sistemə yaxınlıqda zədəli olan neft borusundan neft sızıb.
TV-25-in məlumatna görə, Batumi yaxınlığındakı neft terminalının rəhbərliyi əhalini əmin edir ki, zədə artıq aradan qaldırılıb.
Faktla bağlı Voda Batumi" şirkətinin texniki direktoru saxlanılıb.
Batumidə evlərdə krantdan içməli su əvəzinə neft gəlib
Gürcüstanın Batumi şəhərinin Barçxana qəsəbəsində evlərdəki krantlardan içməli su əvəzinə neft gəlib. Trend-in Gürcüstan müxbirinin məlumatına görə, bu barədə Acarıstanın TV-25 telekanalı məlumat verib.
