...

Millət vəkili Qənirə Paşayeva Türkiyədə bir sıra görüşlər keçirib

Cəmiyyət Materials 6 Sentyabr 2011 17:08 (UTC +04:00)
Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva TRT, "Tək Rumeli" TV kanallarına geniş müsahibə verib, "Sultanhaber.com"un baş koordinatoru ilə görüşüb.
Millət vəkili Qənirə Paşayeva Türkiyədə bir sıra görüşlər keçirib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Türkiyədə səfərdə olan millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva TRT, "Tək Rumeli" TV kanallarına geniş müsahibə verib, "Sultanhaber.com"un baş koordinatoru ilə görüşüb.

Qənirə Paşayeva TRT-yə müsahibəsində müstəqilliklərinin 20 illiyini qeyd edən türkdilli ölkələrlə əməkdaşlığın bu günü və sabahı, Azərbaycanın tarixi, bu günü, mədəniyyəti və xüsusilə Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına dönməsinə imkan verməməsi barədə məlumatlar verib. Millət vəkili Azərbaycanın bir qarış da torpaqlarından vaz keçməyəcəyini və hansı yolla olursa-olsun, azad edəcəyini deyib.

Millət vəkili TRT kimi nüfuzlu informasiya qurumlarının türk birliyinə böyük töhfələr vermək gücündə olduğunu qeyd edib.

Paşayeva İstanbulda, həmçinin "Tək Rumeli" TV-nin Yönətim Kurulu başqanı Atilla Baykalla görüşub.

Millət vəkili ilə görüşdə Baykal Azərbaycana böyük önəm verdiklərini, qardaş ölkənin həqiqətlərini yaymağa, mədəniyyətini öz auditoriyalarına çatdırmağa hazır olduqlarını deyib.

Millət vəkili telekanalı Azərbaycana tanınşlıq proqramı çəkməyə dəvət edib, Azərbaycan insanının yaşantısının "Tək Rumeli TV" tamaşaçıları üçün maraqlı olacağına inandığını bildirib.

Sonra televiziyaya geniş müsahibə verən Azərbaycan Parlamentinin üzvü Azərbaycan həqiqətləri, Türk dünyasında inteqrasiya məsələləri ilə bağlı öz düşüncələrini bölüşüb.

Paşayeva "Sultanhaber.com"un baş koordinatoru Arikan Çinarla da görüşüb.

Xəbər lenti

Xəbər lenti