...

Azərbaycan yaxın vaxtlarda tullantıların idarə olunması üzrə inkişaf etmiş ölkələrə çata bilər

Cəmiyyət Materials 8 Sentyabr 2011 15:45 (UTC +04:00)
Azərbaycan yaxın vaxtlarda tullantıların idarə olunması üzrə inkişaf etmiş ölkələrə çata bilər.
Azərbaycan yaxın vaxtlarda tullantıların idarə olunması üzrə inkişaf etmiş ölkələrə çata bilər

Azərbaycan, Qəbələ, 8 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan yaxın vaxtlarda tullantıların idarə olunması üzrə inkişaf etmiş ölkələrə çata bilər. Bu barədə Trend-ə cümə günü Mərkəzi və Şərqi Avropa ölkələri üzrə Bərk və təhlükəli üzvi kimyəvi tullantıların idarə olunması Mərkəzinin sədri İvan Holoubek bildirib.

Holoubek bu məsələdə Avropa ölkələrinin təcrübəsinin tətbiq edilməsinin daha effektiv olduğunu bildirib.

Qəbələdə 11-ci Beynəlxalq Pestisid Forumu keçirilir. Tədbirdə davamlı üzvi çirkləndiricilər, köhnəlmiş pestisidlər və təhlükəli kimyəvi tullantılar üzrə layihələrin həyata keçirilməsində maraqlı olan tərəflər arasında müzakirələrin aparılması üçün platforma yaradılacaq.

Holoubek bildirib ki, forum zamanı Avropa ölkələrində bu problemin aradan qaldırılması ilə bağlı həyata keçirilən layihələr təqdim olunub və yerli mütəxəsislər tərəfindən dəstəklənib.

"Konkret məsələlərdən tullantılarının idarə olunması üçün xüsusi yerlərin ayrılması və əmələ gələn tullantıların təkrar emalı və yaxud məhv edilməsi üçün xüsusi yerlərin alınması müzakirə mövzusu olub", - Mərkəz rəhbəri bildirib.

Qəbələ Forumu Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Beynəlxalq Pestisid Assosiasiyası (IHPA), Niderland Krallığı, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Davamlı Üzvi Çirkləndiricilərə dair Mərkəz və Şərqi Avropa Regional Mərkəzi (RECETOX), Çexiyanın Brno şəhərinin Masarik Universiteti və Almaniyanın Federal Ətraf Mühit Agentliyinin (UBA) dəstəyi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti