...

Azərbaycanda rezidenturaya sınaq imtahanları keçirilir

Cəmiyyət Materials 11 Sentyabr 2011 09:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası baza ali tibb təhsilli namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə bu gün ixtisas fənləri üzrə sınaq imtahanları keçirir.
Azərbaycanda rezidenturaya sınaq imtahanları keçirilir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası baza ali tibb təhsilli namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə bu gün ixtisas fənləri üzrə sınaq imtahanları keçirir.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, 2,5 saat davam edən imtahanda namizədlərə ixtisas fənləri üzrə 100 sual təqdim edilib.

İlk sınaq imtahanı isə sentyabrın 10-da keçirilib. Bu imtahanda baza fənləri üzrə 100 sual təqdim edilib.

Ümumilikdə sınaq imtahanlarında 656 namizədin iştirakı gözlənilir.

Sınaq imtahanı Bakı şəhərində keçirilir.

Sınaq imtahanının nəticələri gələn həftənin ilk günlərində açıqlanacaq.

Rezidenturaya qəbul imtahanları sentyabrın 24-25-də keçiriləcək.

Bu il Azərbaycanda rezidenturaya qəbul ilk dəfə keçiriləcək.
Azərbaycan Nazirlər Kabineti "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nı 2010-cu ilin aprelində təsdiq edib.

Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər.

Müsabiqə həkimin qəbul imtahanından topladığı bal əsasında aparılacaq.

Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Həkimin həmin müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti