...

Rezidenturaya qəbul imtahanlarında istifadə olunan sual kitabçaları TQDK-nın rəsmi saytında dərc ediləcək

Cəmiyyət Materials 12 Sentyabr 2011 11:39 (UTC +04:00)
Bu il rezidenturaya qəbul imtahanlarında istifadə olunan sual kitabçaları TQDK-nın rəsmi saytında dərc ediləcək.
Rezidenturaya qəbul imtahanlarında istifadə olunan sual kitabçaları TQDK-nın rəsmi saytında dərc ediləcək

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bu il rezidenturaya qəbul imtahanlarında istifadə olunan sual kitabçaları TQDK-nın rəsmi saytında dərc ediləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, rezidenturaya sənəd qəbulu ilk dəfə TQDK tərəfindən həyata keçirildiyinə görə belə addım atılıb. Gələcək illərdə qəbul imtahanlarında istifadə olunmuş suallar ictimaiyyət üçün açıq olmayacaq. Abbaszadə bu addımı həmin sualların bir neçə ildən sonra yenidən istifadə ediləcəyi ilə əlaqələndirib

Komissiya sədri bildirib ki, rezidenturaya qəbul imtahanlarında iştirak etmiş şəxslərin cavab kartları da TQDK-nın internet səhifəsində yerləşdiriləcək.

"Xüsusi texnologiyalar vasitəsilə bütün şəxslərin cavab kartı skan olunacaq və həmin fotokopiyalar internetdə dərc olunacaq. Rezidenturaya sınaq imtahanlarında 680 nəfər iştirak etmişdi deyə, bu prosesi asan həyata keçiririk. Gələcəkdə daha kütləvi imtahanlarda da bu texnologiya tətbiq olunacaq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti