...

BDU və ADNA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Cəmiyyət Materials 16 Sentyabr 2011 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Cümə günü Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

BDU-nun mətbuat və informasiya şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, müqavilədə Boloniya prosesinə uyğun olaraq tələbələrin mübadiləsi və kreditlərin alınması, pedaqoji və elmi işçilərin, doktorantların müvafiq fakültələrdə, kafedralarda və tədqiqat laboratoriyalarında staj keçməsinin təşkili, yeni texnika və texnologiyaların mübadiləsi, qabaqcıl, inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı nəzərdə tutulub.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, müqavilənin əsas strategiyası tələbələrin mobilliyinin artmasına imkan yaratmaqdır.

ADNA-nın rektoru, professor Siyavuş Qarayev deyib ki, müqaviləyə əsasən BDU-nun və ADNA-nın tələbələri hər iki ali təhsil ocağında müvafiq ixtisaslar üzrə oxuyub kredit ala biləcəklər.

Xəbər lenti

Xəbər lenti