...

Azərbaycanda ekoloji sərgi keçiriləcək

Cəmiyyət Materials 17 Sentyabr 2011 10:40 (UTC +04:00)
Azərbaycanda 2-4 noyabrda "Xəzər: Ətraf mühit üçün texnologiyalar" mövzusunda ekoloji sərgi keçiriləcək.
Azərbaycanda ekoloji sərgi keçiriləcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2-4 noyabrda "Xəzər: Ətraf mühit üçün texnologiyalar" mövzusunda ekoloji sərgi keçiriləcək.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında yaradılmış İctimai Ekoloji Şuranın növbəti iclasında "Baku Expo" mərkəzində təşkil olunacaq sərgidə qeyri-hökumət təşkilatlarının da iştirakı ilə əlaqədar müzakirələr aparılıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Nazirlikdən bildirilib.

Şurada ETSN tərəfindən sərgidə iştirak edəcək QHT-lərə təşkilati dəstəyin göstəriləcəyi bildirilib və bu məqsədlə birgə işçi qrupun yaradılması qərara alınıb.

Şuranın iclası ölkədə həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, bu sahədə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və bu istiqamətdə effektivliyin təmin olunması məqsədilə keçirilib.

Xəbər lenti

Xəbər lenti