...

Azərbaycanda bilyard üzrə respublika çempionatı keçiriləcək

Cəmiyyət Materials 17 Sentyabr 2011 12:58 (UTC +04:00)
Sentyabrın 17-19-da Azərbaycanda bilyardın sərbəst piramida növü üzrə respublika çempionatı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib.
Azərbaycanda bilyard üzrə respublika çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/

Sentyabrın 17-19-da Azərbaycanda bilyardın sərbəst piramida növü üzrə respublika çempionatı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib.

Çempionat "Piramida" bilyard klubunun zalında təşkil olunacaq.

Turnirin ilk günündə 16 ən güclü komanda müəyyənləşəcək. Onlar yarışı pley-off qaydasında davam etdicəklər. Sentyabrın 19-da saat 13:00-da çempionatın finalı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin İdman Bilyardı Federasiyasının təşkil etdiyi turnirdə Bakı, Gəncə, Fizuli və Şuşadan 24 idmançı iştirak edəcək.

Mükafatçılar oktyabrın 19-dan 23-dək Kiyevdə keçiriləcək dünya çempioantında iştirak etmək hüququ əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti