...

Yağsızlaşdırılmış süd hələ doğulmamış uşaqlar üçün astma təhlükəsi yaradır

Cəmiyyət Materials 19 Sentyabr 2011 17:59 (UTC +04:00)
Tərkibində aşağı faizli yağın olduğu yoğurtlara üstünlük verən hamilə qadınlar uşağa ziyan vura bilərlər.
Yağsızlaşdırılmış süd hələ doğulmamış uşaqlar üçün astma təhlükəsi yaradır

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Tərkibində aşağı faizli yağın olduğu yoğurtlara üstünlük verən hamilə qadınlar uşağa ziyan vura bilərlər. Araşdırmalar göstərir ki, bu cür rasion astmanın və allergik rinitin inkişafı ehtimalını artırır. Məlumatı BBC yayıb.

Trend-in məlumatına görə, Avropa Respirator Cəmiyyətinin konfransı zamanı belə bir əlaqənin yoğurtda qoruyucu yağ turşularının çatışmazlığı ilə şərtləndiyi barədə ehtimallar səslənib. Ekspertlər 7 min danimarkalı qadının rasionu və mütəxəssislər tərəfindən onların uşaqlarının 7 yaşınadək izlənən vəziyyətləri əsasında nəticə çıxarıblar.

Belə ki, gündə bir dəfə meyvəli yağsız yoğurt yeyən qadınlar 7 yaşınadək astmadan əziyyət çəkən uşaqlara 1,6 dəfə çox sahib olurlar. Üstəlik, bu qadınların uşaqlarına allergik rinit və astma ilə əlaqəli müəyyən simptomların diaqnozu daha tez-tez qoyulur.

"Əldə olunan məlumatlar birmənalı deyil, axı yoğurtda yağ turşularının çatışmazlığı göstərilən statistikanın tamamilə arxasında dayana bilər. Yağ turşularının mühüm rol oynadığı bizə məlumdur. Lakin sadəcə olaraq yoğurtun bu tipindən istifadə edən insanların oxşar həyat tərzinə malik olmaları və ümumilikdə eyni cür qidalandıqları istisna deyil", - Harvard İctimai Sağlamlıq Mərkəzindən axtarışın müəllifi Yekaterina Maslova bildirib.

Xəbər lenti

Xəbər lenti