...

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək

Cəmiyyət Materials 20 Sentyabr 2011 10:57 (UTC +04:00)
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 348-6-cı maddə əlavə olunması təklif edilib.
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

İnzibati prosessual qanunvericiliyin pozulması inzibati məsuliyyət yaradacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 348-6-cı maddə əlavə olunması təklif edilib.

Həmin maddənin tələbinə görə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların, habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim edilməməsinə görə vəzifəli şəxslər 800 manat miqdarında cərimələnəcəklər.

İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə iclasına buraxılmamasına görə vəzifəli şəxslər 500 manat miqdarında cərimə olunacaqlar.

Xəbər lenti

Xəbər lenti