...

Dubay Mərkəzi Kitabxanasına Azərbaycana dair onlarla kitab təqdim edilib

Cəmiyyət Materials 21 Sentyabr 2011 18:12 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Azərbaycan" Cəmiyyəti Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına Azərbaycana dair onlarla kitab təqdim edib.
Dubay Mərkəzi Kitabxanasına Azərbaycana dair onlarla kitab təqdim edilib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Hacıyev/

Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Azərbaycan" Cəmiyyəti Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına Azərbaycana dair onlarla kitab təqdim edib. Bu barədə çərşənbə günü Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

"Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd əl-Mulla ilə görüşərək "Erməni terroru", Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri", Küveyt yazıçısı Adil əl-Fəllahın yazdığı "Heydər Əliyev və milli-mənəvi dəyərlər" və "Azərbaycan xalçaları" kitablarını hər birindən 20 nüsxə olmaqla kitabxanaya təqdim edib.

Sonra Dubay Əmirliyinin dövlət rəsmilərinə Azərbaycan Respublikasının son 20 ildə keçdiyi çətin, amma şərəfli inkişaf yolu, Azərbaycanın bu müddətdə, xüsusilə son 10 il ərzində qazandığı böyük uğurları, erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi misli görünməmiş vəhşilikləri barədə məlumat verilib.

Dubay hökumətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Əhməd əl-Zahiri "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanova Azərbaycan Respublikasına dair geniş məlumat verdiyinə və Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına bu cür maraqlı kitablar təqdim etdiyinə görə təşəkkürünü bildirib, həmin kitabların Dubayın digər kitabxanalarına da paylanacağını qeyd edib.

Əhməd əl-Zahiri belə görüşlərin dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti