...

Moldova keçirilən XI "Etnomədəniyyət festivalı"nda "Azərbaycan Evi" təşkil olunub

Cəmiyyət Materials 21 Sentyabr 2011 20:42 (UTC +04:00)
Moldovanın paytaxtı Kişinyov şəhərində XI "Etnomədəniyyət festivalı" keçirilib. Festivalda Moldovada yaşayan bütün milli azlıqlar - 48 etnik cəmiyyət iştirak edib.
Moldova keçirilən XI "Etnomədəniyyət festivalı"nda "Azərbaycan Evi" təşkil olunub

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir B.Hacıyev/

Moldovanın paytaxtı Kişinyov şəhərində XI "Etnomədəniyyət festivalı" keçirilib. Festivalda Moldovada yaşayan bütün milli azlıqlar - 48 etnik cəmiyyət iştirak edib.

Azərbaycanın Moldovadakı səfirliyindən Trend-ə verilən məlumata görə, festivalın əsas məqsədi Moldovada yaşayan milli azlıqların ənənələri ilə tanış olmaq, mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, müxtəlif millətlər arasında dostluq münasibətlərini möhkəmləndirməkdən ibarət olub.

Azərbaycanın Moldovadakı səfìrliyinin və Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkil etdiyi "Azərbaycan Evi" festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Gün ərzində Moldova prezidenti vəzifəsini icra edən, Moldova parlamentinin sədri M.Lupu və Moldovanın Baş naziri V.Filat "Azərbaycan Evi"ni iki dəfə, şəhərin meri D.Kirtoake va Moldovanın eks-prezidenti V.Voronin bir dafa ziyarət edib, sərgi va milli mətbəxlə yaxından tanış olublar.

Sərgidə Azərbaycanın milli geyimləri, xalça-xalıları, qədim mis qablar və milli musiqi alətləri nümayiş etdirilib.

Qonaqları səfir Namiq Əliyev və MAK-ın sədri Vüqar Novruzov qarşılayıb, "Azərbaycan Evi" haqqında lazımi izahatlar veriblər.

Qonaqlara Azərbaycanda nəşr olunmuş müxtəlif jurnallar və ədəbiyyatlar paylanıb.

Xəbər lenti

Xəbər lenti