...

Azərbaycanda "Xəzər həftəsi" keçiriləcək

Cəmiyyət Materials 22 Sentyabr 2011 10:26 (UTC +04:00)
Sentyabrın 26-30-da Azərbaycanda "Xəzər həftəsi" keçiriləcək.
Azərbaycanda "Xəzər həftəsi" keçiriləcək

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 26-30-da Azərbaycanda "Xəzər həftəsi" keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova cümə axşamı Trend-ə bildirib ki, bununla bağlı hazırlanmış tədbirlər planına müvafiq olaraq, Xəzər dənizinin Azərbaycana mənsub 955 kilometrlik sahil zolağında - Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklər, "dəyirmi masa"lar keçiriləcək.

İştirakçılar bununla yanaşı, Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş işlər barədə də məlumatlandırılacaqlar.

BMT-nin qərarına uyğun olaraq, 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.

Bu tədbirin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorların diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir.

Ekoloji təqvimə daxil edilmiş Beynəlxalq Dəniz Gününün davam etdiyi müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar veriləcək, eyni zamanda, hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ ediləcək.

Xəbər lenti

Xəbər lenti